Sağlamlıq
Həkim həyəcan təbili çalır: Bu orqan haqda elə şeylər danışdı ki...
Gizli böyrək xəstəliyi uzun müddət heç bir əlamət göstərməsə də, bədən hələ də siqnal göndərir. Bunlara xroniki yorğunluq, iştahsızlıq, ayaqların şişməsi, konsentrasiyanın çətinləşməsi və sidikdə dəyişikliklər daxildir.
Publika.az "Hola" nəşrinə istinadən xəbər verir ki, bunu ispaniyalı həkim Pablo Turrion deyib.
Mütəxəssisin fikrincə, böyrəklərin əsas vəzifəsi qanı süzməkdir. Bu proses orqanizmə qida maddələrini saxlamağa, sidik vasitəsilə artıq və zəhərli birləşmələri xaric etməyə imkan verir. Əgər böyrəklər düzgün işləməsə, toksinlər tədricən yığılır və bu, ümumi vəziyyətə təsir edir.
Turrion qeyd edib ki, hətta topuq və ayaqlarda yüngül şişkinlik, sidikdə köpüyün əmələ gəlməsi və ya rənginin dəyişməsi, tez-tez sidiyə getmə həkimə müraciət etmək üçün səbəb ola bilər.
O əlavə edib ki, bir çox xəstələr bu cür simptomları yorğunluq və ya stresslə əlaqələndirərək, həkimə çox gec müraciət edirlər. Həkim risk qrupuna yaşlıları, həmçinin şəkərli diabet, hipertoniya və ya ailəsində böyrək xəstəliyi olanları daxil edib.
Adəm
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı
-
MDB15:57Moskvada Məntəqə Seçki Komissiyasının sədri dronla vuruldu - VİDEO
-
Digər15:18Yapon dənizində nə baş verir? - Ballistik raket atıldı
-
Səhiyyə14:3720 min könüllüyə “Ervebo” peyvəndi vurulur
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
İdman10:22Günün oyunları - AFİŞA































.jpg)


