Sağlamlıq
Öpüşün elə faydalı xüsusiyyətləri üzə çıxdı ki...
Uroloq-androloq, cərrah İlnur Ağliullin öpüşlərin hansı faydalı xüsusiyyətlərə malik olduğunu izah edib.
Publika.az xəbər verir ki, həkim bu barədə "Ufatime" nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, öpüş zamanı orqanizmdə stres hormonu olan kortizolun səviyyəsi azalır, əvəzində xoşbəxtlik hormonları — dopamin və oksitosin artır. Bundan əlavə, kişilərdə və qadınlarda cinsi istəyi artıran testosteron hormonu da ifraz olunur.
Ağliullin əlavə edib ki, öpüşlər qırışların yaranmasının qarşısını alır. Bu prosesdə 34 üz əzələsi və bütün bədən üzrə təxminən 112 əzələ iştirak edir. Həmin əzələlərin aktiv fəaliyyəti dərinin elastikliyini uzun müddət qorumağa və yaşlanma əlamətlərini azaltmağa kömək edir.
Həkimin sözlərinə görə, öpüş həmçinin immun sistemini və ürək-damar sağlamlığını gücləndirə bilər: ürək döyüntüsünü sürətləndirir, qan dövranını yaxşılaşdırır və xoş hisslər yaradır ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir.
Nəhayət, androloq vurğulayıb ki, öpüşlər təbii ağrıkəsici rolunu oynaya bilər, çünki öpüş zamanı ifraz olunan hormonlar ağrının hiss olunmasını azaldır.
Hüseyn İbadlı
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












