Sağlamlıq
Soyuqdəymə zamanı bu qidaları yemək olmaz - Həkim məsləhəti
Xəstəlik dövründə bədəni düzgün dəstəkləmək xüsusilə vacibdir.
Publika.az xəbər verir ki, bu barədə endokrinoloq və diyetoloq Oksana Mixaleva “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Həkim bildirib ki, orqanizm infeksiya ilə mübarizə aparmaq üçün əlavə enerjiyə ehtiyac duyur. Lakin bütün qidalar bu məqsəd üçün uyğun deyil. Mixaleva sağalana qədər fastfud, qəlyanaltılar, qızardılmış və yağlı yeməklər, qazlı içkilərdən imtina etməyi tövsiyə edib.
Onun sözlərinə görə, soyuqdəymə zamanı qırmızı ət, bişmiş məhsullar və qənnadı məmulatları da pəhrizdən çıxarılmalıdır. Təzə meyvə və tərəvəzlər isə mədədə ağırlıq və narahatlıq yarada biləcəyi üçün ehtiyatla qəbul edilməlidir.
Mixaleva vurğulayıb ki, xəstəlik dövründə sadə və asan həzm olunan qidalar - bulyon, şorba, sıyıq və yaxşı bişmiş ət daha münasibdir.
O, həmçinin qeyd edib ki, insan özünü yeməyə məcbur etməməlidir. Əgər iştaha yoxdursa, daha çox meyvə içkiləri, kompotlar və bal ilə ilıq süd içmək məsləhətdir. Həkimin sözlərinə görə, bu içkilər bədəndən toksinlərin tez xaric olunmasına, susuzluğun qarşısının alınmasına və enerji artımına kömək edir.
Adəm
-
Region12:17İrəvanda turistləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
















.jpg)

.jpg)
.jpg)






.jpg)












