Sağlamlıq
Psixoloqdan ən "zəhərli həmkar"larla bağlı XƏBƏRDARLIQ
İş yoldaşları iş mühitini toksik edə bilərlər. Kollektivdə dostluq qidalandırıcı bir resurs ola bilər, lakin destruktiv insanlarla yanaşı olduqda bu, əsl işgəncəyə çevrilir.
Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində psixoloq Marina Rodnova ən toksik iş yoldaşı kateqoriyaları haqqında danışıb.
Onun sözlərinə görə, ən toksik həmkarlar — qeybətcil insanlardır, başqalarının həyatını müzakirə edir və istənilən məlumatı asanlıqla yayırlar.
“Onlardan sonra ‘əbədi qurbanlar’ gəlir. Bunlar daim şikayət edən, enerjini və gücü tükədən, lakin heç bir dəyişiklik etməyən insanlardır. Onlar uğursuzluqlarından gileylənirlər, amma dəyişiklik üçün heç bir addım atmırlar,” — deyə Rodnova izah edib.
İkiüzlü insanlar da toksikliyə töhfə verir, çünki üzə gülürlər, amma arxadan zərbə vurmağa hazırdırlar.
“Xüsusilə karyeristlərlə ehtiyatlı olmaq lazımdır. Onlar başqalarının ideyalarından öz irəliləyişləri üçün istifadə edə bilərlər. Aqressiv rəqiblər isə həmkarlarının səhvlərinə sevinir və onların işinə bilərəkdən mane olurlar,” — deyə psixoloq əlavə edib.
Ekspertin fikrincə, tapşırıqları başqalarına ötürən və nəticələri öz adına çıxan ‘hazır yeyənlər’ də ciddi problem yaradır. Həmçinin konfliktli şəxslər də iş mühitində arzuolunmazdır — onlar mübahisə üçün səbəb axtarır və ətrafdakıları sonsuz qarşıdurmalara cəlb edirlər.
Rodnova xəbərdarlıq edib ki, rəhbərliyə “çox yaxın” olan şəxslərlə də məsafə saxlamaq lazımdır. Belə insanlar tez-tez rəhbərliyin “görünməz qulaqları”na çevrilir və onların yanında hər sözə diqqət yetirmək vacib olur.
Ekspertin sözlərinə görə, iş yoldaşlarını seçməkdə əsas meyar — daxili hisslərdir. İşçi sınaq müddətindən keçdiyi kimi, şirkət də işçi üçün bir növ sınaqdan keçir.
Hüseum İbadlı
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
















_(1).webp)




















