Sağlamlıq
Son beş ildə Azərbaycanda neçə nəfərə infarkt diaqnozu qoyulub? - Statistika
2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə kəskin miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 2 911 nəfər olub.
Publika.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 882-si kişi, 1 029-u isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 73-də 18-29 yaşlarda, 2 838-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
2020-2023-cü illərin miokardın kəskin infarktı diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:
| 2020 | 2021 | 2022 | 2023 | |
| say/nəfər | 2229 | 2252 | 2205 | 2646 |
| kişilər | 1437 | 1457 | 1426 | 1711 |
| qadınlar | 792 | 795 | 779 | 935 |
| 18-29 yaşda | 63 | 56 | 55 | 66 |
| 30 və yuxarı yaşda | 2166 | 2196 | 2150 | 2580 |
Həmçinin 2024-cü ildə Azərbaycanın tibb müəssisələrində həyatında ilk dəfə təkrar miokard infarktı diaqnozu qeydə alınan xəstələrin sayı 793 nəfər olub
Vurğulanıb ki, onlardan 480-i kişi, 313-ü isə qadın olub.
Bu diaqnoz həmin şəxslərdən 9-da 18-29 yaşlarda, 784-də isə 30 və yuxarı yaşlarda özünü göstərib.
2020-2023-cü illərin miokardın kəskin təkrar diaqnozu üzrə statistik göstəricilər isə aşağıdakı kimi olub:
| 2020 | 2021 | 2022 | 2023 | |
| say/nəfər | 1143 | 868 | 601 | 721 |
| kişilər | 709 | 537 | 364 | 437 |
| qadınlar | 434 | 331 | 237 | 284 |
| 18-29 yaşda | 15 | 8 | 7 | 8 |
| 30 və yuxarı yaşda | 1128 | 860 | 594 | 713 |
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














