Sağlamlıq
Hər giləsi sağlamlıq bəxş edən MÖCÜZƏ - Prostatdan xərçəngə kimi...
"Bruznikanın (ayıüzümü) prostatit zamanı tövsiyə olunmasının səbəbi onun iltihabəleyhinə və mikrobəleyhinə xüsusiyyətləridir".
Publika.az xəbər verir ki, bunu Piroqov Universitetinin Klinik Tibb İnstitutunun poliklinik terapiya kafedrasının assistenti Ulyana Maxova "Gazeta"ya bildirib.
“Əvvəlcə qeyd etmək lazımdır ki, bruznika böyrək xəstəlikləri olan insanlar üçün faydalıdır, çünki güclü iltihabəleyhinə və antimikrob təsirə malikdir. O, prostatit zamanı da kömək edə bilər. Bundan əlavə, bu meyvə aşağı turşuluqlu qastrit zamanı da faydalıdır. Ümumilikdə, bruznika istənilən iltihabi proseslərdə, o cümlədən kəskin respirator virus infeksiyalarında (KRVİ) effektivdir,” — deyə mütəxəssis izah edib.
Maxovanın sözlərinə görə, bruznika tərkibində C vitamini, karotin, dəmir və mis, eləcə də taninlər, flavonoidlər və metilarbutin kimi maddələr çoxdur.
“C vitamini immun sistemini gücləndirir və KRVİ ilə yanaşı digər iltihabi xəstəliklərdən qoruyur. Arbutin sidikqovucu təsirə malikdir, bu da sidik ifrazı sisteminin fəaliyyətinə müsbət təsir göstərir və böyrək infeksiyalarının əsas səbəbkarı olan Escherichia coli bakteriyasının çoxalmasının qarşısını alır. Dəmir və B qrupu vitaminləri qan keyfiyyətini yaxşılaşdırır və orqanizmin ümumi tonusunu dəstəkləyir. Karotin görmə qabiliyyətinin yaxşılaşmasına kömək edir. Bundan əlavə, bruznika xərçəng xəstəliklərinin inkişaf riskini azalda bilən antioksidantlarla zəngindir”, - deyə mütəxəssis vurğulayıb.
Hüseyn İbadlı
-
Avropa16:12Fransada paraşüt təlimi zamanı 11 nəfər öldü
-
İdman15:53Məşhur futbolçunun həyat yoldaşı və övladları zəlzələdən sağ çıxmadı
-
MDB15:36Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır
-
MDB15:10Boğulan üç uşağı xilas etsə də, özü çayda batdı
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO










.jpg)
























.jpg)