Sağlamlıq
Qan təzyiqini aşağı salan məhsullar
Qan təzyiqini aşağı salan qidalar açıqlanıb.
Publika.az xəbər verir ki, endokrinoloq və dietoloq Oksana Mixaleva “Gazeta.Ru”ya müsahibəsində qan təzyiqinin normallaşmasına kömək edən ən təsirli qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, bu qidaların birinci qrupu tərkibindəki bioflavonoidlər sayəsində damarların genişlənməsinə və qan axınının yaxşılaşmasına şərait yaradır. Bu qrupa nar və portağal suyu, kakao və qara şokolad daxildir.
İkinci qrup isə azot birləşmələri ilə zəngin qidalardır. Onlar damar divarlarını rahatlaşdıraraq təzyiqi yumşaq şəkildə aşağı salır. Bu, xüsusilə çuğundur və təzə çuğundur suyu üçün səciyyəvidir.
Mixaleva əlavə edib ki, skumbriya və siyənəkdəki balıq yağı hipertoniyadan əziyyət çəkənlər üçün faydalıdır. Lakin o, bu balıqların duzlu variantlarından uzaq durmağı tövsiyə edib, çünki duz təzyiqi artırır.
Mütəxəssis həmçinin likopen (qırmızı meyvələrdə) və maqnezium (tam taxıllar, yaşıl tərəvəzlər, qoz-fındıq, paxlalılar) qəbulunun da normal qan təzyiqinin qorunmasında mühüm rol oynadığını vurğulayıb.
Adəm
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO












.webp)

























