Sağlamlıq
Bu giləmeyvənin şirəsi beyinə qan axınını ARTIRIR - FOTO
Beynəlxalq alimlər qrupu müəyyən edib ki, qara qarağat şirəsinin qəbul edilməsi beynin alın paylarına qan axınını artırır — həm istirahət zamanı, həm də zehni gərginlik altında.
Publika.az xəbər verir ki, tədqiqat Nutritional Neuroscience (NN) jurnalında dərc olunub.
Eksperimentdə 18–35 yaş arası 20 sağlam gənc iştirak edib. Onlar laboratoriyaya iki dəfə gəlmiş və birində 500 milliqram polifenolla zənginləşdirilmiş “Blackadder” növündən hazırlanmış qara qarağat şirəsi içiblər, digərində isə dad və rəng baxımından eyni olan, lakin aktiv maddələr olmayan plasebo qəbul ediblər. Bundan sonra tədqiqatçılar yaxın infraqırmızı spektroskopiya metodu ilə qan oksigen səviyyəsindəki dəyişiklikləri izləyiblər ki, bu da beyində qan dövranının aktivliyini əks etdirir.
Nəticələr göstərib ki, şirə qəbulundan cəmi 35 dəqiqə sonra oksigemoglobinin səviyyəsi — yəni qan oksigenlə doyma göstəricisi — sol alın payında nəzərəçarpacaq dərəcədə artıb, deoksigemoglobinin miqdarı isə azalıb. Bu, beynin oksigenlə daha effektiv təmin olunması və damarların daha yaxşı işləməsi deməkdir. Həmin bölgədə ümumi qan həcmi də bir qədər artıb.
Tədqiqatın müəllifi, Nyukasl Universitetinin İnsan Qidalanması və Fiziki Aktivlik Araşdırma Mərkəzinin rəhbəri doktor Entoni Uotson bildirib:
“Biz sol prefrontal qabıqda qan axınının aydın şəkildə artdığını müşahidə etdik. Bu sahə diqqət və qərarverməyə cavabdehdir. Bu da sol beyin yarımkürəsinin işçi yaddaş proseslərinə daha aktiv şəkildə cəlb olunması ilə uyğunluq təşkil edir”.
Qara qarağat polifenollarla - xüsusilə damarlar və ürək üçün müsbət təsiri ilə tanınan bitki birləşmələri olan antosianinlərlə zəngindir. Alimlər hesab edirlər ki, məhz bu maddələr damarları genişləndirən azot oksidinin istehsalını gücləndirə bilər və ya beyində qan axınının tənzimlənməsində iştirak edən dopamin və serotonin səviyyələrinə təsir göstərə bilər.
Hüseyn İbadlı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı















.jpg)



















.jpg)

