Sağlamlıq
Bu vərdiş infarkt və diabet riskini artırır - Xəbərdarlıq
Gec saatlara qədər yatmamaq və səhər gec oyanmaq bir çox insan üçün adi hala çevrilsə də, alimlər bu vərdişin sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirirlər.
Publika.az xəbər verir ki, Beynəlxalq Tibb Jurnalında dərc olunan yeni bir araşdırmaya əsasən, "gecə bayquşları" yəni gec yatıb gec oyanan şəxslər ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabetə daha çox meyilli olurlar. Araşdırma göstərir ki, belə şəxslərdə qan təzyiqi və qlükoza səviyyəsinin balansı daha tez pozulur.
Mütəxəssislər qeyd edir ki, orqanizmin bioloji saatı səhər erkən aktivlik üçün proqramlaşdırılıb. Gec yatmaq bu ritmi pozur, nəticədə hormon tarazlığı, metabolizma və ümumi psixoloji vəziyyətə mənfi təsir göstərir.
Həkimlər tövsiyə edir ki, sağlam yuxu rejimi üçün hər gün eyni saatda yatmaq və oyanmaq vərdişi formalaşdırılmalı, ekran qarşısında keçən vaxt azaldılmalı və axşam saatlarında ağır yeməklərdən uzaq durulmalıdır.
(Milli.az)
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO













.webp)
























