Sağlamlıq
Alimlərdən bioloji qocalma ilə bağlı mühüm kəşf
Hər bir insanın orqanizmi yetkinlik yaşına qədər hüceyrənin sağ qalması üçün vacib olan ribosomal DNT funksiyasını aktiv şəkildə saxlayır. Ancaq yetkinlik dövründən sonra onun effektivliyi tədricən azalır və qocalmanın molekulyar mexanizmlərini işə salır.
Publika.az xəbər verir ki, belə bir qənaətə Almaniyadan olan tədqiqatçılar gəliblər. Araşdırmanın nəticələri Aging-US-da dərc olunub.
Alimlər yeni doğulanlardan tutmuş 18 yaşa qədər olan 280 nəfərin qan nümunələrini analiz ediblər. Onlar iki parametri qiymətləndiriblər: rDNT nüsxələrinin sayı və onların metilasiya səviyyəsi(gen aktivliyini "söndürən" kimyəvi marker). Elm adamları müəyyən ediblər ki, uşaq və yeniyetmələrdə aktiv (metilləşməmiş) nüsxələrin sayı azalmır, əksinə bir qədər artır. Bu o deməkdir ki, yeniyetməlik dövründə hüceyrələr rDNT funksiyasını "gənc" vəziyyətində saxlayırlar.
Yetkinlərdə isə əks proses müşahidə olunurb: yaş artıdqca aktiv nüsxələrin sayı azalır, metilasiya səviyyəsi isə yüksəlir. Alimlərin fikrincə, bu cür dəyişikliklər hüceyrə qocalmasının etibarlı biomarkeri rolunu oynayır.
Tural
-
İdman22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin120:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi








.jpg)










.jpg)
.png)


.jpg)

.jpg)











