Sağlamlıq
Yaraların müalicəsi üçün kifdən istifadə olunacaq? - Alimlərdən yeni təklif
"Marquandomyces marquandii" adlı torpaq kifinin insanın yumşaq toxumalarını əvəz edə biləcək bənzərsiz hidrogel meydana gətirə biləcəyi müəyyən edilib.
Publika.az xəbər verir ki, bunu Yuta Universitetinin tədqiqatçıları aşkarlayıblar.
Tədqiqatın nəticələri "The Journal of the Minerals Metals & Materials Society" jurnalında dərc olunub.
Qeyd ilir ki, hidrogellər uzun müddətdir həkimlərin və mühəndislərin diqqətini çəkir - bu materiallar dəri, qığırdaq və əzələlərə bənzəyən yumşaqlıq və elastikliyə malikdir. Ancaq indiyə qədər sintetik analoqlar ya çox kövrək idi, ya da canlı hüceyrələrlə zəif qarşılıqlı əlaqədə idi.
Alimlərin fikrincə, laboratoriya tədqiqatlarında "M. marquandii" gözlənilməz xüsusiyyətlər nümayiş etdirib. Belə ki, maye qida mühitində böyüdükdə, suyun 83 %-ə qədərini saxlayan çoxqatlı lifli maddə yaradır.
Elmi əsərin müəlliflərindən biri, materialşünas Atul Aqraval izah edib ki, bu cür təbəqələrin fərqli məsamələri var: 40% - dən 90%-ə qədər, bu da müxtəlif növ toxumaların təqlidi üçün vacibdir.
"Gördüyümüz sözün əsl mənasında öz-özünə böyüyən hidrojeldir", - o qeyd edib.
Gələcəkdə bu cür maddə hüceyrələrin böyüməsi, implantların yaradılması və ya hətta geyilə bilən bioloji qurğular üçün əsas kimi istifadə edilə bilər.
Tədqiqatçılar etiraf edirlər ki, yanıqların müalicəsi və ya protezlərin yaradılması üçün "göbələk dərisi" nin istifadəsi barədə danışmaq hələ tezdir. Lakin alimlər tədqiqatları davam etdirmək niyyətindədirlər.
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

































.jpg)



