Sağlamlıq
Koronavirusun kişilərə vurduğu zərbə: Gələcək övladlarının...
Alimlər ilk dəfə sübut ediblər ki, kişinin COVID-19 infeksiyasına yoluxması onun gələcək övladlarının psixi sağlamlığına təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Cell Reports Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Tədqiqat zamanı məlum olub ki, SARS-CoV-2 virusundan sağalmış erkək siçanların nəslində narahatlıq əlamətləri və beyin funksiyalarında dəyişikliklər müşahidə olunub.
Alimlər virusun spermadakı RNT-nin strukturuna, xüsusilə də genlərin tənzimlənməsində rol oynayan kodlaşdırıcı olmayan kiçik RNT-lərə təsir etdiyini müəyyənləşdiriblər. Onlar bu dəyişmiş molekulları süni şəkildə mayalanmış yumurtalara daxil etdikdə, alınan nəslin davranış xüsusiyyətləri yoluxmuş erkəklərdən doğulan siçanların davranışına bənzəyib.
Mütəxəssislərin fikrincə, nəticələr COVID-19 infeksiyasının gələcək nəsillərə ötürülə bilən epigenetik təsirlər yarada biləcəyini göstərir. Alimlər indi oxşar dəyişikliklərin koronavirusdan sağalmış insanlarda müşahidə olunub-olunmadığını və bu təsirlərin nə qədər davam etdiyini müəyyənləşdirməyi planlaşdırırlar.
Adəm
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO












.webp)

























