Sağlamlıq
Maddələr mübadiləsini yaxşılaşdırmağın ən asan yolu tapıldı
Oturma vaxtını gündə cəmi yarım saat azaltmaq orqanizmin enerji üçün yağ və karbohidratlardan istifadə etmək qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın Turku Universitetinin alimləri müəyyən ediblər.
"Scandinavian Journal of Medicine & Science in Sports" jurnalında dərc olunan araşdırmada qeyd olunub ki, hətta qısa gəzinti və ya ayaq üstə telefonla zəng etmək kimi yüngül fəaliyyət belə metabolik çevikliyi - bədənin enerji mənbələri arasında keçid qabiliyyətini bərpa etməyə kömək edir.
Təcrübədə ürək-damar xəstəlikləri və tip 2 diabet riski yüksək olan 64 oturaq insan iştirak edib. Altı aydan sonra oturma vaxtını ən azı 30 dəqiqə azaldanlar, yüngül fiziki fəaliyyət zamanı maddələr mübadiləsi sürətini və yağ yandırmaq qabiliyyətini yaxşılaşdırıblar.
Bildirilir ki, müsbət təsir xüsusilə kilolu və fiziki cəhətdən aktiv olmayan insanlarda özünü göstərir. Oturaq vaxtı minimuma endirmək belə diabet və ürək xəstəliklərinin qarşısını almaq üçün ilk addım ola bilər.
Adəm
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO













.webp)
























