Sağlamlıq
Bənövşəyi meyvə və tərəvəzlərin daha 2 faydası üzə çıxdı
Bənövşəyi rəngli tərəvəz və meyvələrin iki gözlənilməz faydası aşkarlanıb.
Publika.az xəbər verir ki, bunu Polşanın Nikolay Kopernik Universitetinin alimləri üzə çıxarıblar.
Onlar müəyyən ediblər ki, meyvə və tərəvəzlərə bənövşəyi rəng verən piqmentlər (antosiyaninlər) fiziki fəaliyyətdən sonra orqanizmin daha tez bərpa olunmasına kömək edir və hüceyrələri yaşa bağlı dəyişikliklərdən qoruyur.
Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Antosiyaninlər qaragilə, qara qarağat, qırmızı kələm, bənövşəyi şirin kartof və digər "bənövşəyi" rəngli qidalarda olur. Bu maddələr antioksidant müdafiəni aktivləşdirir, iltihabı azaldır, ürək və qan damarlarına faydalı təsir göstərir.
Alimlər izah edir ki, antosiyaninlər Nrf2 və NF-κB daxil olmaqla, mühüm hüceyrə yollarına təsir göstərir. Bu siqnal mexanizmləri iltihabi proseslərin tənzimlənməsində iştirak edir və hüceyrələrdə məşqlərdən, eləcə də sürətlənmiş qocalmadan sonra toxuma zədələnməsinin əsas amili olan oksidləşdirici stresslə mübarizə aparır.
Bu qidaları müntəzəm olaraq öz rasionlarına daxil edən könüllülər idmana daha sürətli reaksiya və xroniki xəstəliklərə qarşı ümumi müqavimət göstəriblər.
Bununla belə, antosiyaninlərin effektivliyi məhduddur: bu maddələrin təxminən 2% -i bədən tərəfindən udulur. Alimlər hazırda antosiyaninləri orqanizm üçün daha əlçatan etməyin yollarını axtarırlar. Tədqiqatçılar C vitamininin (askorbin turşusu) bu birləşmələrin udulmasını yaxşılaşdıra biləcəyini də aşkar ediblər.
Ləman
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

































.jpg)



