Sağlamlıq
Dərmansız baş ağrılarını necə aradan qaldırmaq olar? - Həkim məsləhəti
Baş ağrılarının hər zaman dərmanla aradan qaldırılmasına ehtiyac yoxdur.
Publika.az “Infobae”yə istinadən xəbər verir ki, bunu amerikalı nevroloq Emad Estemalik bildirib.
Mütəxəssisin sözlərinə görə, soyuq kompres miqren növü baş ağrılarını, ilıq kompres isə gərginlikdən yaranan ağrıları yüngülləşdirə bilər. O, həmçinin kiçik bir fincan qəhvənin də kömək edə biləcəyini qeyd edib. Bununla belə, Estemalik xəbərdarlıq edib ki, həddindən artıq kofein qəbul etmək baş ağrılarını daha da gücləndirə bilər.
Nevroloq idmanın baş ağrılarına qarşı ən effektiv üsullardan biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, yoqa, üzgüçülük, gəzinti və boyun-çiyin əzələlərinin uzanması kimi fəaliyyətlər ağrını azaltmağa kömək edir. O, həmçinin maye ilə zəngin, yüngül yeməklərə üstünlük verməyi məsləhət görüb.
Estemalik su balansının qorunmasının vacibliyinə diqqət çəkib, çünki dehidrasiya çox vaxt baş ağrısının əsas səbəblərindən biridir.
Nəhayət, o, istirahətə zaman ayırmağı, göz yorğunluğunun qarşısını almağı və həkimlə məsləhətləşdikdən sonra maqnezium, vitamin B2 və koenzim Q10 kimi əlavələr qəbul etməyi tövsiyə edib.
Adəm
-
MDB13:16Rusiyanın qurduğu seçki məntəqəsi bir zərbə ilə məhv edildi - VİDEO
-
MDB13:08Şok statistika: Bir günə 1395 döyüşçü itirdilər
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

































.jpg)



