Sağlamlıq
Qazlı suyun elə faydaları üzə çıxdı ki...
Qazlı su maddələr mübadiləsinə təsir göstərə bilər. Yaponiyanın Kyushu Universitetinin alimləri müəyyən ediblər ki, onun tərkibində həll olunmuş karbon qazı hüceyrələrin qlükozanı mənimsəməsini sürətləndirə bilir.
Publika.az xəbər verir ki, bu barədə "BMJ Nutrition, Prevention & Health" jurnalında araşdırmaya dərc edilib.
Bildirilib ki, CO₂ qan dövranına daxil olduqda bikarbonata çevrilir, bu da eritrositlərin daxilində pH səviyyəsini artırır və qlikolizi — hüceyrələrin şəkəri daha aktiv istifadə etməyə başladığı prosesi stimullaşdırır.
Tədqiqatçılar bu təsiri hemodializ zamanı müşahidə olunan dəyişikliklərlə müqayisə ediblər: həm hemodializdə, həm də qazlı su halında CO₂ səviyyəsinin yüksəlməsi hüceyrə metabolizmini stimullaşdırır. Qanda şəkərin azalması cüzi olsa da, bu mexanizm karbon qazının enerji mübadiləsinin tənzimlənməsində rol oynaya biləcəyini göstərir.
Müəlliflər vurğulayıblar ki, qazlı su arıqlamaq üçün vasitə deyil, lakin yüngül toxluq hissi yarada və qlükoza səviyyəsini müvəqqəti azalda bilər. Alimlər bu təsirin xüsusilə metabolik pozuntuların profilaktikası kontekstində daha geniş araşdırılmağa layiq olduğunu düşünürlər.
Hüseyn İbadlı
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















