Sağlamlıq
Alimlərdən maraqlı araşdırma: Köks ötürmək ağciyəri qoruyur
İsveçrə alimlərinin apardığı yeni araşdırma köks ötürməyin ağciyər funksiyasını asanlaşdırdığını ortaya çıxarıb.
Publika.az xəbər verir ki, bununla bağlı Sürix Federal Texnologiya İnstitutu (ETH) tədqiqat aparıb.
Nəticədə məlum olub ki, köks ötürmək və ya dərin nəfəs almaq ağciyərin səthini örtən mayedəki gərginliyi azaldır, bu da orqanın daha rahat genişlənib-daralmasına imkan verir.
Araşdırmanın müəlliflərindən Jan Vermant bildirib ki, dərin nəfəs aldıqda ağciyərin səthindəki maye bütün sahəni bürüyür və onun çevikliyini artırır. Bu da ağciyərin daha asan formalaşdırılmasına imkan verir.
Mütəxəssislər qeyd edirlər ki, yüngül nəfəs alma vərdişi ağciyərin təbii təbəqəli quruluşunu pozur, bu isə tədricən nəfəs alma prosesini çətinləşdirə bilər. Əksinə, arabir dərin nəfəs almaq bu quruluşu bərpa edir və ağciyərlərin funksiyasını yaxşılaşdırır.
Qeyd edək ki, araşdırma "Science Advances" elmi jurnalında dərc olunub.
Roza
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















