Sağlamlıq
Nar şirəsinin daha bir faydası üzə çıxdı, amma... - Həkimdən XƏBƏRDARLIQ
"Nar şirəsi ürək-damar sistemi, maddələr mübadiləsi və kişi sağlamlığı üçün faydalıdır".
Bublika.az xəbər verir ki, bunu Gazeta.ru-ya həkim-nutrioloq Yekaterina Quzman bildirib.
“Nar polifenollar (punikalagin, ellag turşusu, antosianinlər və flavonoidlər) ilə zəngindir və güclü antioksidant təsirə malikdir. Bu maddələr oksidləşmə stresini azaldır və orqanizmin hüceyrələrini zədələnmədən qoruyur. Nar şirəsinin müntəzəm qəbulu qan təzyiqinin aşağı düşməsinə, lipid profilinin yaxşılaşmasına (HDL səviyyəsinin yüksəlməsi və LDL-in azalması), damarların endotelində iltihabi proseslərin azalmasına kömək edir. Nar toxumları bağırsaq hərəkətliliyini normallaşdıran və faydalı mikrofloranın artmasına şərait yaradan qida liflərinin mənbəyidir. Narın antioksidant birləşmələri xroniki iltihab səviyyəsini azaltmağa kömək edir ki, bu da metabolik sindrom, piylənmə və oynaq xəstəlikləri zamanı faydalı ola bilər. Bəzi tədqiqatlar göstərir ki, nar şirəsinin müntəzəm istifadəsi mikrosirkulyasiyaya və damar endotelinə müsbət təsiri sayəsində erektil funksiyanı yaxşılaşdıra bilər,” – deyə Quzman deyib.
O, digər meyvələr kimi narın da əks göstərişlərinin olduğunu vurğulayıb, nar şirəsini kimlərin ehtiyatla içməli olduğunu qeyd edib.
“Nardakı turşular qastrit, mədə xorası və ya reflüks-ezofagit xəstəliklərini kəskinləşdirə bilər. Nar şirəsi fruktoza və qlükoza ehtiva edir, bu da şəkərli diabet zamanı ehtiyatlı olmağı tələb edir. Həmçinin qaraciyər fermentlərinin aktivliyinə təsir edərək bəzi dərmanların effektivliyini dəyişə bilər. Bəzi insanlarda allergik reaksiyalar da mümkündür,” – deyə Quzman diqqətə çatdırıb.
O, gündə 100–150 ml-dən çox şirə içməməyi və narın yarısından çoxunu yeməməyi tövsiyə edib.
Hüseyn İbadlı
-
MDB15:10Boğulan üç uşağı xilas etsə də, özü çayda batdı
-
Banklar 14:10Azərbaycanda problemli kreditlərin həcmi artdı - VİDEO
-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO
-
MDB12:55Medvedev: "Qərbin Ermənistandakı seçkilərə müdaxiləsi görünməmiş həddə çatdı"
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:07Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO










.jpg)
























.jpg)