Sağlamlıq
Bu uşaq pudrası xərçəng yaradır: Minlərlə insan...
3 minə yaxın insan Amerika dərman şirkətindən bir milyard funt sterlinqdən (1,15 milyard avro) çox təzminat tələb edir.
Publika.az Almaniyanın DW nəşrinə istinadən xəbər verir ki, iddiaçıları təmsil edən “KP Law” hüquq firmasına görə, iddiaçıların “Johnson & Johnson” uşaq pudrasının tərkibində kanserogen asbest olan talk var.
İddia olunur ki, toz onların və ya yaxınlarının xərçəngə, xüsusən də yumurtalıq xərçənginə səbəb olub.
Bildirilir ki, “Johnson & Johnson” 50 ildən artıqdır ki, məhsullarının tərkibində asbest olduğunu bilirmiş, lakin onları “mənfəət üçün” satmağa davam edir. 2020-ci ildə ABŞ-da, üç il sonra isə Böyük Britaniyada uşaq pudrasının satışı dayandırıldı. Bundan əlavə, 2024-cü ilin iyul ayında Ümumdünya Səhiyyə Təşkilatı uşaq pudrasının əsas tərkib hissəsi olan talkı ehtimal olunan kanserogen kimi təsnif etdi.
İstehsalçının nümayəndəsi öz növbəsində əmin edir ki, “Johnson & Johnson”un uşaq pudrası “illər boyu Böyük Britaniyada və dünyanın aparıcı müstəqil laboratoriyaları, universitetləri və səhiyyə orqanları tərəfindən sınaqdan keçirilib” və onun tərkibi “bütün tələb olunan standartlara cavab verir, tərkibində asbest yoxdur və kanserogen deyil”.
Aprel ayında “Johnson & Johnson” 90 minə yaxın mülki iddianı məsuliyyəti qəbul etmədən həll etmək üçün ABŞ-da təxminən 8 milyard dollar ödəməyi təklif etdi, lakin məhkəmələr bu təklifi rədd etdi.
Tural
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















