Sağlamlıq
Enerji içkisini əvəz edən təbii qarışım
Alimlər enerji içkisini əvəzləyə biləcək sağlam içkinin hansı olduğunu müəyyən ediblər.
Publika.az xəbər verir ki, şokoladlı süd yorğunluğu aradan qaldıra, həmçinin əzələlərin bərpasını sürətləndirə bilir.
Sinqapurun Nanyanq Texnologiya Universitetinin alimləri belə nəticəyə gəliblər.
Tədqiqat "Nutrients" jurnalında dərc olunub.
Təcrübədə tünd (bitter) və ya ağ şokolad qarışdırılmış süd içdikdən sonra bir sıra qısa, intensiv qaçışlar həyata keçirən 20 könüllü iştirak edib. İçki içdikdən cəmi bir neçə dəqiqə sonra ikinci qrupun iştirakçıları ikinci qaçış seriyasında daha yaxşı nəticələr göstəriblər. Onlar həmçinin daha aşağı yorğunluq indeksi nümayiş etdiriblər.
Tədqiqat müəllifləri izah edir ki, bu təsir kakaonun tərkibində olan flavonoidlər - təbii antioksidantlarla bağlıdır. Bu birləşmələr qan damarlarını genişləndirir və əzələlərə oksigen çatdırılmasını yaxşılaşdırır. Bu da gücü daha uzun müddət saxlamağa və yorğunluğu azaltmağa kömək edir. Antioksidantlar həmçinin oksidləşdirici stressi azaldır.
Bundan əlavə, süni enerji içkilərindən fərqli olaraq, tünd şokoladlı süddə aqressiv stimullaşdırıcılar yoxdur.
Ləman
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















