Sağlamlıq
Xurmanın İNANILMAZ MÖCÜZƏLƏRİ: Ağız büzürsə... - Endokrinoloq SİRRİ AÇDI
Xurma hüceyrələrin qocalmasını ləngidir, “pis” xolesterinin səviyyəsini aşağı salır, həzm sisteminə müsbət təsir göstərir və qan damarlarını qoruyur.
Publika.az xəbər verir ki, bu barədə “Bud Zdorov” klinikasının endokrinoloqu Tatyana Frolova məlumat verib.
Hurmada hansı antioksidantlar var və onların rolu nədir?
Qış meyvələri arasında xurma bioaktiv maddələrin miqdarına görə liderlərdən biridir və yalnız narla müqayisədə ikinci yerdədir. Tərkibində karotinoidlər, proantosianidinlər və taninlər var. Ən çox bu maddələr tünd rəngli və tam yetişmiş meyvələrdə olur.
Antioksidantlar hüceyrələrin qocalmasına səbəb olan oksidləşmə stresinin qarşısını alır. Məsələn, karotinoidlər hurmaya parlaq payız rəngi verir və orqanizmdə A vitamininə çevrilərək görmə və dəri üçün faydalı olur.
Hazırda A vitamininin sələfi olan üç karotinoid məlumdur, onlardan ikisi - β-karotin və β-kriptoksantin xurmada yüksək miqdarda mövcuddur. Xurmadakı β-karotin miqdarı balqabaq və şirin bibərlə müqayisədə daha çoxdur.
Bəzi Xurma növlərində likopin adlı başqa bir karotinoid də var. Bu maddə ürək-damar xəstəliklərinin riskini azaldır və şiş əleyhinə təsirə malikdir. Ən çox likopin tünd narıncı və qırmızımtıl ətli növlərdə olur. Məsələn, “Şaron” (yapon xurması ilə alma hibridi) və “şokoladlı” xurma növləri likopinlə zəngindir.
Bazarlarda daha çox rast gəlinən “Vircin” və “Şərq” sortlarında əsas karotinoid β-karotindir, likopin isə az miqdarda olur.
Taninlər xurmaya niyə büzücü dad verir?
Xurmanın digər vacib komponentləri katexinlər və proantosianidinlərdir - yəni taninlər. Bu maddələr ağızda tüpürcəkdəki zülallarla birləşərək büzücü dad yaradır.
Meyvə tam yetişdikdə taninlər bir-biri ilə birləşərək aktivliyini itirir və büzücü dad yox olur. Taninlər həm də güclü iltihabəleyhinə təsirə malikdir, hüceyrələri qoruyur və damar divarlarını möhkəmləndirir.
Bəziləri düşünür ki, büzücü dad yox olduqda xurmanın faydası da azalır. Bu doğru deyil: yetişmiş xurma əsasən taninləri itirir, lakin vitaminlər, lif, minerallar və digər antioksidantlar qalır.

Xurma daha nədə faydalıdır?
Xurmanın tərkibində qan təzyiqinin tənzimlənməsi və ürək əzələsinin fəaliyyəti üçün vacib olan kalium var. Lif və antioksidantlar “pis” xolesterinin (LDL) səviyyəsini 15–20% azalda bilər. Bu səbəbdən hurma təzyiqin yumşaq şəkildə tənzimlənməsinə və damar divarının möhkəmlənməsinə kömək edir. Lakin yüksək təzyiq və xolesterin problemi varsa, həkimlə məsləhətləşmək və dərman müalicəsi tələb oluna bilər.
Həzm sisteminə gəldikdə isə, burada ikili təsir müşahidə olunur. Yetişməmiş xurma taninlərlə zəngin olduğu üçün bağırsaq hərəkətini ləngidə bilər. Spesifik liflə — pektinlə zəngin yetişmiş xurma isə əksinə, bağırsaq mikroflorasını qidalandıran və qəbizliklə mübarizə aparan əla prebiotikdir.
Kimlər xurmadan ehtiyatla istifadə etməlidir?
- Şəkərli diabet xəstələri: 120 qramlıq orta ölçülü xurmanın glikemik yükü 18–20-dir. Bu, orta səviyyə sayılır. Tip 2 diabetli şəxslər xurmanı gündə 1 ədəd olmaqla, iki hissəyə bölərək və yalnız kompensasiya olunmuş vəziyyətdə qəbul edə bilərlər. Ən yaxşısı onu zülal və faydalı yağ mənbəyi ilə (məsələn, bir ovuc qoz-fındıqla) birlikdə yeməkdir.
- Həssas bağırsaq sindromu olanlar: Xurmadakı fruktoza və pektin bəzi insanlarda şişkinlik və ağrı kimi simptomlara səbəb ola bilər.
- Mədə boşalmasının pozulduğu hallarda, xüsusilə mədə-bağırsaq əməliyyatlarından sonra. Bu zaman xurmadakı taninlər mədə lifləri ilə birləşərək bezoar adlı bərk kütlələr yarada bilər.
- Xroniki böyrək xəstələri: Kaliumun yüksək miqdarı səbəbindən xurma qəbulunda ehtiyatlı olmaq lazımdır. Xurma yemək olar, lakin miqdarına diqqət yetirilməlidir.
Hurmanı necə yemək lazımdır ki, çəki artmasın?
Şirin olmasına baxmayaraq, xurmanın kaloriliyi aşağıdır — 100 qramda təxminən 70 kkal. Bir orta ölçülü meyvə 120–150 kkal təşkil edir. Liflə zəngin olduğu üçün toxluq hissi yaradır və çox faydalıdır. Əla qəlyanaltı və ya desert seçimidir.
Sağlam böyüklər üçün gündə 1–2 orta ölçülü yetişmiş hurma kifayətdir. Bu miqdar vitamin və antioksidant ehtiyacını ödəyir. Maraqlıdır ki, araşdırmalara görə, antioksidantların BAA (bioloji aktiv əlavələr) şəklində qəbulunun əlavə faydası sübut olunmayıb. Bu da bir daha balanslı qidalanmanın və faydanı birbaşa qidadan almağın vacibliyini göstərir.
Xurma ürək, görmə və immunitet üçün sübut olunmuş faydalara malik mövsümi məhsuldur. Onun istifadəsinə sağlamlığınıza uyğun şəkildə yanaşın. Unutmayın, qida ilk növbədə enerji və zövq mənbəyidir. “Zərərli” və “superfaydalı” məhsullar yoxdur - hər şey miqdarında yaxşıdır.
Hüseyn İbadlı
-
Maraq dünyası09:48Oktyabrın sonu bu bürclər "çekpot" effekti yaşayacaq - Pul yağışı gəlir
-
Köşə09:12Camaat “Qarabağ”ı düz edir söyür
-
Sosial08:24Azərbaycanda hər kəs bu toy kortejindən danışır - VİDEO
-
Sağlamlıq07:47Erkən yaşda şəkərin azaldılmasının FAYDALARI
-
Magazin106:16Miri Yusifin bacısı görün nə ilə məşğuldur - VİDEO
-
Sosial02:42Şirkətlər maaşdan tutulacaq gəlir vergisini kompensasiya edəcəklər? - VİDEO
-
Qoroskop00:30Günün ULDUZ FALI - Romantik münasibətlərdə diqqətli olun
-
Region00:15Kahramanmaraş yenə SİLKƏLƏNDİ





































