Sağlamlıq
Bu şəxslər daha ağır sərxoşluq keçirirlər - XƏBƏRDARLIQ
Avstraliyanın Melburn Texnologiya Universitetinin psixoloqları Rebekka Rotman və doktor Bler Eytken müəyyən ediblər ki, spirtli içkini stressi azaltmaq məqsədilə qəbul edən insanlar daha ağır sərxoşluq (pohmel) yaşayırlar.
Publika.az xəbər verir ki, bu barədə"Daily Mail" məlumat yayıb.
Tədqiqatçıların sözlərinə görə, sərxoşluq narahatlıq və qorxu hissi ilə müşayiət olunduqda daha ağır keçir. Bu emosiyalar adətən içkidən sonrakı gün ortaya çıxır və xüsusilə stressdən qurtulmaq üçün içki qəbul edənlərdə daha güclü şəkildə hiss olunur.
Psixoloqlar sərxoşluğu ağırlaşdıran əsas amillərdən biri kimi gecədən sonra yaranan peşmanlıq hissini göstəriblər. Bu, insanın sərxoş vəziyyətdə öz xarakterinə və inanclarına uyğun olmayan davranışlar sərgilədiyi hallarda baş verir.
“Emosiyalarını tanımaq və idarə etməkdə çətinlik çəkən insanlar spirtli içki qəbul etdikdə daha ciddi nəticələrlə üzləşirlər,” – deyə Rebekka Rotman bildirib.
O əlavə edib ki, ağır sərxoşluq və güclü narahatlıq hissi əksər hallarda insanları içkidən uzaqlaşdırmır. Onun fikrincə, bu, insanların sərxoşluq anında hiss etdikləri rahatlıqla bağlıdır və sonrakı narahatlığı cüzi narahatlıq kimi qəbul etmələri ilə izah olunur.
Hüseyn İbadlı
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır








.jpg)













.jpg)
.png)




.jpg)

.jpg)









