Sağlamlıq
Məşhur həkim ən xeyirli çərəzlər haqqında elə şeylər açıqladı ki...
Məşhur həkim, qastroenteroloq Məhəmməd Əli Almasri bəzi çərəzlərin insan oqanizmi üçün inanılmaz dərəcədə faydalı olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, o, "Gazeta"ya müsahibəsində bildirib ki, ən sağlam çərəzlər sırasında Qoz, badam, püstə, fındıq və şam fıstığı öndə gəlir.
Mütəxəssis çərəzlərin sağlamlıq reytinqini də tərtib edib.
"Qoz alfa-linolenik omeqa-3 (28 q porsiyada 2,5 q) və melatonin baxımından çempiondur. Bu məhsul ümumi xolesterolu və aşağı sıxlıqlı lipoproteinləri aşağı salır. Badam isə E vitamini, maqnezium və kalsium baxımından ən yüksək göstəriciyə malikdir. O, visseral yağı azaldır və qlükozanı sabitləşdirir. Püstələrə gəldikdə çərəzlər arasında ən yüksək miqdarda protein, eləcə də görmə qabiliyyətini və sağlam bağırsaq florasını dəstəkləyən lütein və zeaksantin ehtiva edən lider məhsuldur. Mən fındığı dördüncü yerə qoyardım. Çünki onlar doymamış yağlar və manqanla zəngindir və əhəmiyyətli antioksidan potensiala malikdir. Şam fıstığı beşinci yerdədir; tərkibindəki pinolenik turşusu toxluq hissini artırır", -həkim deyib.
Tural
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq

















.jpg)



















