Sağlamlıq
Xurmadakı TƏHLÜKƏ: Kimlər uzaq durmalıdır?
Payız aylarının ən çox istifadə edilən meyvələrindən olan xurma hamı üçün faydalı deyil.
Publika.az bildirir ki, bunu dietoloq Yekaterina Quzman "Gazeta.Ru"ya bildirib.
Onun sözlərinə görə, xurma mədə-bağırsaq xəstəlikləri, diabet və ya qəbizliyə meylli olanlar üçün təhlükəli ola bilər. Bu, meyvənin tərkibindəki taninlər, eləcə də yüksək şəkər miqdarı ilə əlaqəlidir.
"Yetişməmiş xurmalarda çoxlu tanin var, bu da xüsusilə bağırsaq hərəkətliliyi problemləri yaşayan insanlarda qəbizliyə səbəb ola bilər. Bunun qarşısını almaq üçün yetişmiş xurmaları seçmək və ya tanin tərkibini azaltmaq üçün onları dondurub sonra yemək lazımdır.
Həddindən artıq istifadə zamanı və mədə hərəkəti zəif olan insanlarda (məsələn, mədə əməliyyatından sonra və ya diabetik qastrit zamanı) fitobezoar əmələ gətirə bilər. Fitobezoarlar qarın ağrısı, ürəkbulanma, qusma və hətta bağırsaq tıxanıqlığına səbəb olur. Risk qrupundakılar xurmanı məhdud miqdarda, yeməkdən sonra istehlak etməlidirlər", - deyə Guzman bildirib.
O, həmçinin diabet xəstələrinə xurmanı həddindən artıq yeməkdən çəkinməyi tövsiyə edib, çünki bu meyvədə çoxlu miqdarda şəkər var - hər 100 qramda təxminən 16 qram.
Mütəxəssis vurğulayıb ki, xurma yedikdən sonra qan şəkərinin səviyyəsini izləmək və lazım gələrsə, həkimə müraciət etmək vacibdir.
"Xurma allergiyası nadir hallarda olur, lakin mümkündür, xüsusən də digər meyvə və ya giləmeyvələrə allergiyası olan insanlarda", - deyə Quzman yükunlaşdırıb.
Ləman
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
























.png)














