Sağlamlıq
Əfsanəvi suşi aşpazı sirri açdı: 100 yaşa necə çatıb?
Əfsanəvi yapon suşi aşpazı Dziro Ono 100 yaşını qeyd edib və uzunömürlülüyün sadə sirrini açıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Ono 27 oktyabr 1925-ci ildə Hamamatsu şəhərində anadan olub və yeddi yaşında otel restoranında suşi hazırlamağı öyrənməyə başlayıb. 25 yaşında Tokioya köçüb və orada 15 il suşi aşpazı kimi çalışıb. 1965-ci ildə özünün "Sukiyabaşı Dziro" adlı restoranını açıb. Bu müəssisə Tokionun ən məşhurlarından biri olaraq qalır və üç dəfə "Michelin" ulduzu alıb.
Suşi aşpazı yaşına görə idarəçiliyi oğluna təhvil versə də, vaxtaşırı qonaqlara yemək bişirməyə davam edir və uzunömürlülüyünün əsas səbəbini bunu hesab edir.
"Artıq hər gün restorana gələ bilmirəm, amma 100-də olsam da, bacardığım qədər işləməyə çalışıram. Düşünürəm ki, iş ən yaxşı dərmandır", - yapon aşpaz bildirib.
Ono əlavə edib ki, nəhayət təqaüdə çıxana qədər daha beş il işləməyi planlaşdırır. İşini mümkün qədər uzun müddət davam etdirmək üçün sağlamlığının qeydinə qalmağa çalışır. Əfsanəvi aşpaz spirtli içki qəbul etmir, sağlam qidalanır və gündəlik gəzintilər edir.
Qeyd edək ki, onun restoranı məşhurların sevimli ziyarətgahı kimi tanınır. Xüsusilə, ABŞ prezidenti Barak Obama 2014-cü ildə Yaponiyaya səfəri zamanı orada nahar edib.
Adəm
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı





























.jpg)








