Sağlamlıq
Beyni aktivləşdirən və yaddaşı gücləndirən SEHRLİ DAD - Ağızımızı büzsə də...
"Yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, kakao və giləmeyvələrdəki büzücü dad hissi, aktiv maddələr qana daxil olmasa belə, birbaşa beyni stimullaşdıraraq yaddaşın yaxşılaşmasına səbəb ola bilər."
Publika.az xəbər verir ki, bu araşdırma Current Research in Food Science (CRFS) jurnalında dərc olunub.
Flavanollar - kakao, çay, qırmızı şərab və bəzi giləmeyvələrdə olan təbii birləşmələrdir. Əvvəllər onların yaddaş və idrak funksiyalarını gücləndirdiyi düşünülürdü, lakin bu maddələrin çox az hissəsi orqanizmə sorulduğu üçün təsir mexanizmi naməlum qalırdı.
Şibaura Texnologiya İnstitutundan professor Naomi Osakebenin rəhbərlik etdiyi komanda fərqli bir hipotez irəli sürüb: beyin üzərində təsiri məhz ağızdakı büzücü dad hissi, yəni kakao və qara çay içdikdə yaranan “quru” effekt göstərə bilər.
Tədqiqatın həmmüəllifi Yasuyuki Fudzii izah edir: “Biz güman etdik ki, bu dad özü bir stimuldur və siqnalı birbaşa mərkəzi sinir sisteminə ötürür”.
Bu hipotezi yoxlamaq üçün siçanlar üzərində eksperimentlər aparılıb. Flavanol məhlulu verildikdən sonra heyvanlar daha aktiv olublar: çox hərəkət edib, ətrafı araşdırıblar və oyanıqlıqla bağlı davranışlar nümayiş etdiriblər.
Yeni obyektləri tanıma testində flavanol alan siçanlar naməlum əşyaları daha uzun müddət araşdırıblar. Bu isə yaddaş və öyrənmənin gücləndiyini göstərir.
Eyni zamanda onların orqanizmində adrenalin və noradrenalin kimi katexolamin hormonlarının səviyyəsi yüksəlib. Bu, “qaç və ya döyüş” reaksiyası ilə əlaqəli olan simpatik sinir sisteminin yüngül aktivləşməsini göstərir: diqqət və konsentrasiyanı artıran mülayim stress halı.
Beyin analizləri göstərib ki, flavanol qəbulundan yarım saat sonra stres reaksiyasına cavab verən sahə aktivləşib, beyin kötüyündəki “locus coeruleus” adlı mərkəzdə isə oyanıqlığın əsas vasitəçisi olan noradrenalin səviyyəsi artıb. Eyni zamanda onun sintezi üçün lazım olan fermentlərin istehsalı da güclənib.
Bu nəticələr göstərir ki, büzücü dad hissi fiziki məşqə bənzər “faydalı stress” yaradır: neyronları aktivləşdirir, diqqəti artırır və yaddaşı gücləndirir.
“Flavanolların yaratdığı reaksiya idmanla məşğul olduqda yaranan reaksiyaya bənzəyir. Bu birləşmələrin mülayim təsiri həyat keyfiyyətini artıra bilər”, - Fudzii qeyd edib.
Hələlik araşdırma siçanlar üzərində aparılıb, lakin alimlər bu mexanizmin insanlarda da işləyib-işləmədiyini yoxlamağı planlaşdırırlar. Əgər hipotez təsdiqlənsə, gələcəkdə maddələrin sorulmasına deyil, dad hissinə əsaslanan beyin fəaliyyətini artıran məhsullar hazırlanması mümkün ola bilər.
Hüseyn İbadlı
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO
















.jpg)











.webp)










