Sağlamlıq
Təkcə yağları deyil, bədbəxt düşüncələri də yandıran pəhriz
Yüksək yağ, az karbohidrat tərkibi ilə son illərin ən populyar arıqlama üsullarından biri sayılan ketogenik (Keto) pəhriz yalnız çəkiyə deyil, həm də əhval-ruhiyyəyə təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Toronto Universitetində aparılan geniş tədqiqat zamanı 15 ölkədən 41 mindən çox yetkin şəxsin məlumatları araşdırılıb. 1965-2025-ci illər arasında dərc edilmiş 50 elmi araşdırmanın nəticələri təhlil edilib.
Nəticələr göstərib ki, keto pəhrizi depressiya simptomlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bu pəhrizdə karbohidratlar demək olar ki, tamamilə kənarlaşdırılır, bədən enerji mənbəyi kimi yağ yandırır və ketonlar istehsal edir. Mütəxəssislər hesab edirlər ki, ketonlar beyin hüceyrələrinə alternativ enerji təmin etməklə koqnitiv funksiyaları və əhval-ruhiyyənin sabitliyini dəstəkləyə bilər.
Keto pəhrizi təxminən 75 faiz yağ, 20 faiz protein və cəmi 5 faiz karbohidratdan ibarətdir. Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu pəhriz yüksək xolesterol və qaraciyər yağlanması kimi risklər daşıya bilər.
Roza
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı











.jpg)

















.jpg)








