Sağlamlıq
Hər gün qəhvə və çay içmək bu riski azalda bilər
Gündəlik qəhvə və çay istehlakı beynin qorunmasında mühüm rol oynaya bilər.
Publika.az xəbər verir ki, alimlərin son araşdırmasına görə, bu içkiləri müntəzəm qəbul edən insanlarda Parkinson xəstəliyinə tutulma riski 25-30 faiz daha aşağıdır.
Parkinson xəstəliyi beynin hərəkət sisteminə nəzarət edən sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranır. Tədqiqatçılar bildirir ki, qəhvə və çayın tərkibindəki kofein beyində iltihabı və hüceyrələri zədələyən oksidləşdirici stresi azaldır. Bu isə sinir hüceyrələrinin qorunmasına və xəstəliyin inkişaf ehtimalının azalmasına səbəb olur.
Sinqapur Duke-NUS Tibb Məktəbinin professoru Eng-King Tan qeyd edib ki, qəhvə və çayın bu qoruyucu təsiri müxtəlif ölkə və yaş qruplarında oxşar şəkildə müşahidə edilib.
Mütəxəssislər içkilərin normadan artıq olmadan gündəlik rasionda yer almasının beyin sağlamlığı üçün faydalı ola biləcəyini bildirirlər.
Roza
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz


















.jpg)



















