Sağlamlıq
Sadə görünür, amma təhlükəlidir: İflic ola bilərsiniz
Manual terapiya, osteopatiya və xiroterapiya vasitəsilə aparılan onurğa manipulyasiyaları iflic və hətta ölüm kimi ağır nəticələrə səbəb ola bilər.
Publika.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə travmatoloq Nikolay Kondırev xəbərdarlıq edib.
Qeyd olunur ki, manual terapiya, osteopatiya və xiroterapiya əzələ-skelet sisteminin əl ilə korreksiyasını nəzərdə tutur. Manual terapiyada əsasən yavaş hərəkətlər və dartınmalar tətbiq olunur. Osteopatiya ağrının özünə deyil, onun əsas səbəbinə diqqət yetirərək bədənin bütün hissələri arasındakı əlaqəni qiymətləndirir. Xiroterapiya isə daha kəskin və yüksək sürətli korreksiya üsulları ilə xarakterizə olunur.
Mütəxəssislər bildirirlər ki, bu üsullardan hər hansı birinə başlamazdan əvvəl rentgen, MRT müayinələri və həkim məsləhəti də daxil olmaqla hərtərəfli diaqnostika aparılmalıdır. Xüsusilə onurğanın kobud şəkildə əl ilə manipulyasiyası yüksək risk daşıyır.
“Bu cür müdaxilələr, prosedurlar düzgün aparılmadıqda, əks göstərişlər nəzərə alınmadıqda və ya mütəxəssis kifayət qədər ixtisaslı olmadıqda ciddi fəsadlara yol aça bilər. İflic və ölüm də daxil olmaqla ağır nəticələrin qarşısını almaq üçün ehtiyatlı olmaq və tibbi standartlara ciddi əməl etmək vacibdir”, - deyə Nikolay Kondırev vurğulayıb.
Adəm
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO
-
Region15:56Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var
-
Nida Xəbər 15:15"Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov
-
Ekologiya13:20Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
-
Art10:49Şükür ki, bu arzu gerçəyə çevrildi... - Elxan Cəfərov











.jpg)




























