Sağlamlıq
Tay çinin faydaları - Xroniki xəstəlikləri müalicə edir
Tay çi bədəni və zehni yeniləmək, həmçinin enerji ilə doldurmaq üçün qədim döyüş növüdür. Sağlamlıq problemləri üçün təbii həll yolu olan Tay çinin əhval-ruhiyyəni yüksəltmək, stresi azaltmaq, gücü və dözümlülüyü artırmaq kimi üstünlükləri var. Eyni zamanda, ürək xəstəliyi, yuxusuzluq, oynaqlarda ağrı və yüksək qan təzyiqi kimi xroniki xəstəliklərin müalicəsi də daxil olmaqla çoxsaylı faydalara malikdir.
Publika.az xəbər verir ki, bununla bağlı "iherb.com" saytı maraqlı məqalə dərc edib.
Bildirilir ki, Tay çi qadın və kişi kimi bir-birinə zidd, lakin bir-birini tamamlayan enerjiləri tarazlayaraq fəaliyyət göstərir. Bu tarazlıq həyat enerjisinin axınını yaxşılaşdırır və ümumi həyat gücünü, canlılığı artırır.
Tay çinin tarixi
Dəqiq mənşəyi məlum olmasa da, Tay çinin ixtirası ya 12-ci əsr Taoisti Çjan Sanfenqə, ya da 17-ci əsr Min sülaləsinin döyüş sənəti ustası Çen Vanqtinqə aid edilir. Tay Çi termini "t'ai chi ch'üan" sözünün qısaltmasıdır, yəni "böyük və ya ali son" və "yumruq" deməkdir.
Tay çinin faydaları
Tay çi ilə bağlı aparılan tədqiqatlar çərçivəsində uşaqlar, böyüklər və yaşlılarda, eləcə də parkinson xəstəliyi, diabet, osteoartrit, fibromiyalgila, bel ağrısı, ürək-damar xəstəliyi və HİV/AİDS xəstələrində sınaqlar həyata keçirilib.

Tay çinin faydalarını daha ətraflı təqdim edirik:
1. Əhval-ruhiyyənin yüksəldilməsi
Bildirilir ki, Tay çi ilə tanış olan insanların buna davam etməsinin səbəbi məhz stres və narahatlığın azaldılmasına olan təsiridir. Qeyd olunur ki, stresin hökm sürdüyü bu dövrdə, bu kimi meditasiya üsulları ilə məşğul olmaq zehni təmizləmək imkanı verir.
2. Baş ağrısının aradan qaldırılması
"National Headache Foundation"in məlumatına görə, 45 milyondan çox amerikalı xroniki baş ağrılarından əziyyət çəkir. Həmçinin dünyada bir çox insan bu problemdən şikayətlənir. Aparılan araşdırmada, 15 həftəlik Tay çi proqramına qatılan iştirakçıların baş ağrısı şikayətində əhəmiyyətli azalma baş verdiyi müəyyən edilib.
3. Tarazlıq və sabitlik
Tay çi ilə bağlı digər tədqiqatlardan birində isə məlum olub ki, bununla məşğul olan xüsusən yaşlı insanlar tarazlıqlarını artıra biliblər. Bir neçə tədqiqat, xüsusən yıxılma riski olan iştirakçıların tarazlıq qabiliyyətində əhəmiyyətli irəliləyişlər göstərib.
4. Sümük sıxlığı
Sümük sağlamlığı ilə bağlı narahatlıqları olanlar, sadəcə kalsium qəbul etməklə kifayətlənməsinlər. Onlar Tay çini də rutinlərinə əlavə edərək ciddi irəliləyiş əldə edə bilərlər. Aparılan tədqiqatlar göstərib ki, Tay çi ilə məşğul olmaq sümük problemi riskini aradan qaldırmağa kömək edir.
5. Qan təzyiqi
Bir neçə tədqiqat Tay çi ilə məşğul olmağın qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı saldığını aşkar edib. "Journal of Alternative and Complementary Medicine"də dərc olunan tədqiqatlar da 12 həftə ərzində bununla məşğul olmağın qan təzyiqini azaltdığı və həm lipid profilini, həm də narahatlıq vəziyyətini yaxşılaşdırdığı qeyd olunub.

6. Ürək sağlamlığı
Tay çinin həmçinin ürək döyüntüsünü azaltdığı və ürək döyüntüsü dəyişkənliyini artırdığı aşkar edilib. Aerobik məşq növü olan nəfəs alma qabiliyyətinin, dözümlülüyün və ümumi sağlamlığın yaxşılaşmasına təsir edir.
7. Qocalma
Tay çi yaşla təbii olaraq azalan fiziki funksiyalardakı dəyişiklikləri geri qaytarmağa kömək edə bilər. Bunun gücü, fiziki formanı və gündəlik həyat üçün ümumi qabiliyyəti yaxşılaşdırdığı sübut olunub.
8. Osteoartrit
Tay çi ağrıya və yüngül iltihaba səbəb olan degenerativ oynaq xəstəliyi olan osteoartrit üçün də müəyyən rahatlama təmin edə bilir. “Arthritis and Rheumatism” jurnalında dərc olunmuş araşdırma göstərib ki, həftədə iki dəfə Tay çi ilə məşğul olan diz osteoartritli şəxslərdə ağrı azalıb və fiziki funksiyalar yaxşılaşıb.
Onu da qeyd edək ki, bu gün dünyada milyonlarla insan Tay çi ilə məşğul olur. Bu, bütöv bir ardıcıllıq təşkil edən, heyvan hərəkətlərindən ilham alaraq adlandırılmış, diqqətli və axıcı hərəkətlərdən ibarət xoreoqrafik formalar silsiləsindən ibarətdir. Hərəkətlər vals qədər zərif görünsə də, sürətli icra edildikdə özünümüdafiə və ya döyüş forması kimi də istifadə oluna bilər.
Roza Şəfiyeva
-
Hadisə15:44Azərbaycanın Xalq rəssamının qızı həbs olundu
-
Sosial15:12Həbsdə olan məşhur bəstəkar azad edildi
-
Magazin114:00Hüseyn cinayət işinin bağlanmasını istəyir - 170 milyonluq qalmaqal
-
Köşə13:10Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir
-
Yaxın Şərq12:25ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
-
Nida Xəbər 10:57Əli Əsədov qərar imzaladı
-
MDB10:36Deputatdan təklif: Bu qadınların pensiya yaşı 43-ə endirilir
-
MDB10:24Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı



















.jpg)




.jpg)







.jpg)




