Sağlamlıq
Bu qida qan təzyiqini azaldır, arıqlamağa kömək edir
Yulaf əzməsinin "pis" xolestrolun (LDL) tənzimlənməsinə kömək etdiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın Bonn Universitetinin tədqiqatçıları araşdırma aparıb.
Təcrübədə 68 nəfər iştirak edib və onlardan bəziləri iki gün ərzində yalnız su və minimal qatqılarla yulaf əzməsi yeyiblər. Nəticədə cəmi iki günlük pəhrizin iştirakçılarda "pis" xolesterol (LDL) səviyyəsini orta hesabla 10 faiz azaltdığı ortaya çıxıb. Bundan əlavə, qan təzyiqində azalma və təxminən iki kiloqram çəki itkisi də qeydə alınıb.
Ən diqqətçəkən məqam isə iştirakçlılarda pəhrizdən sonra müsbət metabolik dəyişikliklərin altı həftəyə qədər davam etməsi olub. Pəhriz faydalı bakteriyaların böyüməsini stimullaşdırıb və bu bakteriyalar yulaf komponentlərini parçalayaraq xolesterol metabolizmasına müsbət təsir göstərən spesifik fenolik birləşmələr əmələ gətirib.
Qeyd edək ki, tədqiqat "Nature Communications" jurnalında dərc olunub.
Roza
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq













.png)






















