Sağlamlıq
Həkimdən krandan su içənlərə xəbərdarlıq: "Ciddi təhlükələr var!"
Çirklənmiş içməli su ağır infeksiyalar və xroniki xəstəliklər riskini artıra bilər.
Publika.az xəbər verir ki, bunu yoluxucu xəstəliklər üzrə məşhur mütəxəssis, tibb elmləri doktoru Vladimir Neronov "İzvestiya"ya açıqlamasında bildirib.
Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, mikrobioloji cəhətdən təhlükəsiz olmayan su ishal, vəba, dizenteriya, tif xəstəliyi və poliomielit kimi xəstəliklərin mənbəyi olaraq qalır. O, bu istiqamətdə ən həssas qupu kimi uşaqları göstərib. Mütəxəssisin sözlərinə görə, onlar üçün təkrarlanan bağırsaq infeksiyaları təkcə xəstəliklərə deyil, həm də fiziki və koqnitiv problemlərə, ümumi inkişafın gecikməsinə səbəb ola bilər.
Neronov onu da bildirib ki, risklər yalnız bakteriya, virus və parazitlərlə bağlı deyil, həm də kimyəvi çirklərlə əlaqəlidir. O qeyd edib ki, ağır metallar, nitratlar, üzvi birləşmələr və dezinfeksiya məhsulları daha az nəzərə çarpan təsirə malik olsalar da, ürək-damar, sinir, endokrin və reproduktiv sistemlərə mənfi təsir göstərə bilirlər.
Ekspert qeyd edib ki, mərkəzləşdirilmiş su təchizatı sistemləri milli standartlara və ÜST tövsiyələrinə uyğun olaraq mexaniki təmizləmə, dezinfeksiya və suyun keyfiyyətinin davamlı monitorinqini əhatə edən çoxmərhələli mühafizə sistemi olmalıdır. Lakin, bu sahədə ciddi monitorinq olsa belə, nasazlıqların yaranması mümkündür.
Neronovun sözlərinə görə, bölgələrdəki spesifik su şəraitini də nəzərə almaq vacibdir. Bəzi hallarda qaynatma və ya sadə filtrlər kifayət edə bilər. Digər yerlərdə isə yüksək dəmir, manqan və ya sərtlik səviyyələri olanda daha mürəkkəb təmizləmə sistemləri tələb olunur. O, bu istiqamətdə əslində universal həll yollarının olmadığını vurğulayıb. Buna görə də filtrlər seçərkən su təchizatı mənbələrinin məlumatlarını, sanitariya standartlarını və laboratoriya test nəticələrini nəzərə almaq lazımdır. Həkim köhnəlmiş filtr detallarının özünün də mikrob çirklənməsi mənbəyinə çevrilə biləcəyini xəbərdar edib. Ona görə də o, kartriclərin vaxtında dəyişdirilməsinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
Tural
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı









.jpg)














.jpg)










.jpg)