Sağlamlıq
Bu ağrınız varsa, xərçəngin əlaməti ola bilər - Onkoloq
Öskürək və sinə ağrısı ağciyər xərçəngində dərhal özünü göstərmir.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzetinə onkoloq Ceyms Uilson açıqlama verib.
Onun sözlərinə görə, ağciyər toxumasında demək olar ki, sinir lifləri yoxdur. Bu səbəbdən xərçəng sinirlərə və ya digər orqanlara yayılana qədər uzun müddət hiss olunmadan inkişaf edə bilər. Həkim qeyd edib ki, ağciyəri əhatə edən plevra qatında sinir şəbəkəsi mövcuddur və şiş həmin qata çatdıqda və ya orqanın kənarında yerləşdikdə ağrı yaranmağa başlayır.
Uilsonun sözlərinə görə, ağciyər xərçəngi bəzən sinə deyil, çiyin nahiyəsində ağrı ilə özünü göstərə bilər. Bu, adətən şiş diafraqmanı qıcıqlandırdıqda baş verir. Onkoloq izah edib ki, diafraqmaya gedən sinirlər boyun nahiyəsindən başlayaraq çiyindən keçir və beyin ağrının mənbəyini düzgün təyin edə bilmir.
O əlavə edib ki, xərçəngin limfa düyünlərinə yayılması da çiyin ağrısına səbəb ola bilər. Bununla belə, həkim vurğulayıb ki, ağrı adətən xəstəliyin sonrakı mərhələlərində ortaya çıxır və erkən diaqnoz üçün müntəzəm tibbi müayinələr vacibdir.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























