Sağlamlıq
Yaponların güclü yaddaşının sirri: Azərbaycanda üzünə baxmırlar
Bir çoxumuzun sadəcə çərəz kimi gördüyü və ya bəzən heç əhəmiyyət vermədiyi quru üzüm əslində beynin ən böyük dostudur. Yaponiyada yaddaşı gücləndirmək üçün ən çox tövsiyə olunan qidaların önündə məhz kişmiş gəlir.
Publika.az xəbər verir ki, quru üzüm bor mineralı ilə ən zəngin qidalardan biridir. Bor mineralı diqqəti toplamaq, yaddaşı itiləmək və əl-göz koordinasiyasını yaxşılaşdırmaq üçün həyati əhəmiyyət kəsb edir. Yapon tədqiqatçılar bildirirlər ki, bor çatışmazlığı zehni yorğunluğa və unutqanlığa səbəb olur.
Quru üzümün tərkibindəki güclü antioksidantlar beyin hüceyrələrini sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Bu maddələr beyin damarlarını təmiz saxlayaraq qan dövranını sürətləndirir, nəticədə Altsheymer kimi xəstəliklərin qarşısını almağa kömək edir.
Kişmiş təbii şəkər (qlükoza və fruktoza) mənbəyidir. Beyin enerji üçün yalnız qlükoza istifadə etdiyi üçün, xüsusilə imtahanlara hazırlaşanlar və ya zehni işlə məşğul olanlar üçün quru üzüm ən sağlam "yanacaq" hesab olunur. Rafinə edilmiş şəkərdən fərqli olaraq, kişmiş qan şəkərini balanslı şəkildə yüksəldir.
Hər gün müntəzəm olaraq bir ovuc (təxminən 20-30 qram) quru üzüm yemək, uzunmüddətli dövrdə yaddaşın qorunması və dəmir çatışmazlığının aradan qaldırılması üçün kifayətdir. (Milli.az)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq












.png)























