Sağlamlıq
Bu düşüncələr qadınlarda qocalmanı sürətləndirir
Yaşla əlaqədar sağlamlığının pisləşməsi ilə bağlı güclü narahatlıq yaşayan qadınlar molekulyar səviyyədə daha sürətli qocalırlar.
Publika.az xəbər verir ki, alimlər bu nəticəyə qocalmanın epigenetik markerlərini təhlil etdikdən sonra gəliblər.
Tədqiqatın nəticələri "Psychoneuroendocrinology" jurnalında dərc edilib.
Artıq yaşa yaşanan illərin sayı kimi deyil, həm də bioloji bir proses kimi baxılır. Eyni yaşda olan insanlar hüceyrələrinin vəziyyətindən asılı olaraq bioloji qocalmanı fərqli sürətlə yaşaya bilərlər.
Bu fərqləri qiymətləndirmək üçün elm adamları DNT metilasyonundakı dəyişikliklərə əsaslanan kimyəvi markerlərdən istifadə edirlər.
Xroniki stressin bioloji qocalmanı sürətləndirə biləcəyi çoxdan məlumdur. Lakin, qocalma ilə əlaqəli spesifik narahatlıq da bu prosesə təsir edir. Narahatlığın bu formasına qadınların müəyyən sosial təzyiq altında üzləşdiyi problemlər - sağlamlığın pisləşməsi, cəlbediciliyin itirilməsi və reproduktiv qabiliyyətlərin itirilməsi kimi qorxular daxildir.
Nyu-York Universitetinin Qlobal İctimai Səhiyyə Məktəbindən Mariana Rodriqezin rəhbərlik etdiyi tədqiqatçılar qrupu 726 qadının məlumatlarını təhlil edib. İştirakçılardan qan analizləri götürülüb və onlara psixoloji vəziyyətləri ilə bağlı suallar verilib.
Tədqiqatçılar narahatlığı üç sahədə qiymətləndiriblər: sağlamlığın pisləşməsi qorxusu, görünüşlə bağlı narahatlıqlar və reproduktiv yaşlanma ilə əlaqəli narahatlıq.
Bioloji yaş iki epigenetik alqoritmdən istifadə edilərək müəyyən edilib. Təhlillər göstərib ki, sağlamlıqla bağlı qorxular sürətlənmiş bioloji qocalma ilə əlaqələndirilir. Mümkün xəstəlik və fiziki geriləmədən daha çox narahat olan qadınlarda, mövcud xroniki xəstəliklərdən asılı olmayaraq, hüceyrə qocalmasının daha yüksək sürəti müşahidə edilib. Lakin görünüş və reproduktiv yaşla bağlı narahatlıqlarla sürətlənmiş qocalma arasında statistik cəhətdən əhəmiyyətli bir əlaqə tapılmayıb. Alimlərin fikrincə, bu cür narahatlıqlar zamanla azalır, sağlamlıq narahatlığı isə əksinə, yaşla birgə artır.
Ləman
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO































.jpg)



