Sağlamlıq
Duz sağlamlığımızı görün necə məhv edir - Şok araşdırma
Çinli alimlərin apardığı yeni araşdırma duzlu qidaların uzun müddət istehlak edilməsinin bağırsaq bakteriyalarının balansını pozduğunu, beyində iltihablanma proseslərinə yol açdığını və yaddaşın zəifləməsinə səbəb olduğunu üzə çıxarıb.
Publika.az xəbər verir ki, tədqiqat nəticələri "European Journal of Pharmacology" jurnalında dərc olunub.
Bildirilib ki, duzun normadan artıq qəbulu təkcə yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırmır, həm də birbaşa sinir sisteminə mənfi təsir göstərir. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz normasının 5 qramdan çox olmamasını tövsiyə etsə də, bir çox insan bu limiti iki dəfə üstələyir.
Sian Syaotun Universitetinin Tibb Elmi Mərkəzinin mütəxəssisləri duzun bağırsaq və beyin arasındakı biokimyəvi əlaqəyə təsirini siçanlar üzərində sınaqdan keçiriblər. Altı ay davam edən təcrübə zamanı həddindən artıq duzlu qidalarla bəslənən heyvanlarda qan təzyiqinin yüksəldiyi, həyəcan təşvişinin artdığı və yaddaşın zəiflədiyi müşahidə olunub. Beynin təhlili nəticəsində öyrənmə və yaddaşdan məsul olan hippokamp nahiyəsində neyronların sıxlığının azaldığı və iltihab proseslərinin aktivləşdiyi müəyyən edilib.
Tədqiqat həmçinin göstərib ki, yüksək duzlu pəhriz bağırsaq mikroflorasının tərkibini kəskin şəkildə dəyişir. Faydalı bakteriyaların sayı azaldığı halda, zərərli mikroorqanizmlərin artması beyindəki neyronların fəaliyyətinə və genlərin işinə mənfi təsir edir. Alimlər bu tapıntıların gələcəkdə pəhriz və mikroflora vasitəsilə koqnitiv pozuntuların qarşısını almaq üçün yeni üsulların hazırlanmasına kömək edəcəyini bildirirlər.
Hüseun İbadlı
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi









.jpg)
















.jpg)









.jpg)