Sağlamlıq
Bizi qocaldan nələrdir? - Məşhur geriatrdan məsləhətlər
"Aktiv fiziki fəaliyyət gənclik dövrünü uzatmaq və vaxtından əvvəl ölüm riskini azaltmaq üçün elmi cəhətdən sübut olunmuş əsas üsullardan biridir".
Publika.az xəbər verir ki, bu fikri Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı (65 yaşdan yuxarı insanların xəstəliklərinin diaqnostikası, müalicəsi, profilaktikası və sosial-funksional həyatı ilə məşğul olan mütəxəssis), tibb elmləri doktoru, Rusiya Geriantoloqlar və Geriatrlar Assosiasiyasının prezidenti, professor Olqa Tkaçeva "İzvestiya"ya açıqlamasında deyib.
Mütəxəssisin fikrincə, gündəlik fiziki fəaliyyətdə minimal artım belə orqanizmə əhəmiyyətli faydalar gətirir. Xüsusilə, bina evlərində yaşayanlar liftlərdən az istifadə etmək, bölgələrdə qalanlar isə yoxuşa çıxmaqla vaxtından əvvəl ölüm riskini 32% azalda bilərlər.
Tkaçeva qeyd edib ki, aktiv fiziki fəaliyyət beyin funksiyasına birbaşa təsir göstərir. Aktiv hərəkətlər zamanı orqanizmdə miokinlər meydana çıxır ki, onların da arasında neyroplastikliyi dəstəkləyən neyrotrofik amillər də olur. Elmi araşdırmalara görə, müntəzəm şəkildə idman edənlər hətta Alzeymer kimi ağır xəstəliyin inkişaf riskini azaldırlar.
Geriatr oturaq həyat tərzinin qocalma prosesini sürətləndirdiyini vurğulayıb. Əzələ kütləsini və ümumilikdə sağlamlığı qorumaq üçün həftədə 150-300 dəqiqə fiziki aktivlik göstəmək tövsiyə olunur. Bu aktivliyə əsasən gəzinti, yüngül qaçış, üzgüçülük və ya velosiped sürmə kimi aerobika hərəkətləri adlanan məşqlər aiddir. Bundan əlavə, həftədə iki-üç dəfə nisbətən ağır, güc məşqləri də etmək lazımdır.
Bundan əlavə, adi gəzinti müddətinin müntəzəm şəkildə artırılması belə prosesə müsbət təsir göstərir. Mütəxəssis qeyd edib ki, gündə təxminən 10.000 addım atmaqla gəzmək tövsiyə olunur. Onun sözlərinə görə, uşaqlıqda idmanla məşğul olan insanlarda yaşlananda demensiyanın inkişaf riski xeyli aşağı olur.
Tural
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi









.jpg)
















.jpg)









.jpg)