Sağlamlıq
Soyuq havada çölə çıxmazdan əvvəl hansı qidaları qəbul etmək lazımdır?
"Soyuq havada çölə çıxmazdan əvvəl düzgün səhər yeməyi bədəninizin isti qalmasına və enerji səviyyənizin qorunmasına kömək edəcək".
Publika.az xəbər verir ki, bunu rusiyalı diyetoloq Nadejda Litvinova-Qrazion Gazeta.ru-ya açıqlamasında bildirib.
O qeyd edib ki, zülallar enerjini bərpa etməyə və saxlamağa kömək edir. Bu qidalara yumurta, süd məhsulları, yağsız ət və balıq daxildir. Yağlar uzunmüddətli enerji təmin edir və həmçinin istilik izolyatoru rolunu oynayır. Nümunələrə qoz-fındıq, avokado və zeytun yağı daxildir.
Diyetoloq, həmçinin bildirib ki, pəhriziə çörək və paxlalı bitkilər əlavə etmək də faydalıdır:
"Bunların tərkibində mürəkkəb karbohidratlar var ki, bu da soyuq havada isinməyə və enerjinizi qorumağa kömək edir".
Gəzintidən əvvəl müəyyən içkilər də faydalıdır. Məsələn, limon və zəncəfilli çay dəmləyə və ya sadəcə limonlu ilıq su içmək olar. Bu, bədəni isindirməyə və əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edəcək.
Ekspert uyğun səhər yeməyi nümunələri kimi kərə yağı və qoz-fındıqla hazırlanan tam taxıl sıyığı, təzə tərəvəzlərlə yumurta, göyərti və zeytun yağı ilə bişmiş kəsmik, həmçinin tərkibində avokado və qızılbalıq olan çörək tostunu tövsiyə edib. (Oxu.az)
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO































.jpg)



