Sağlamlıq
İnfarkt riskini azaltmağın yolları - Kardioloqdan mühüm məsləhət
İrsi meyl ürək-damar xəstəliklərinin yaranma riskini artırsa da, düzgün həyat tərzi ilə bu təhlükəni azaltmaq mümkündür.
Publika.az xəbər verir ki, bunu Piroqov Universitetinin kardioloqu Elena Reznik "Qazeta.ru"ya açıqlamasında deyib.
Onun sözlərinə görə, əsas risk faktorlarına artıq çəki, oturaq həyat tərzi, spirtli içki və siqaret istifadəsi, duz və trans yağlarla zəngin qidalanma, qlükoza və lipid mübadiləsinin pozulması, həmçinin psixoloji və sosial problemlər daxildir.
Mütəxəssis infarkt riskini azaltmaq üçün altı vacib addımı sadalayıb. Bunlardan birincisi, düzgün qidalanmadır. Reznik bildirir ki, gündə azı 200 qram meyvə-tərəvəz qəbul edilməli, duz 5 qramla məhdudlaşdırılmalı, doymuş yağlar ümumi rasionun 10 faizindən çox olmamalı, şəkərli içkilər isə tamamilə rasiondan çıxarılmalıdır.
İkincisi isə fiziki aktivlikdir. Riski azaltmaq üçün həftədə azı 150 dəqiqə aerob məşq tövsiyə olunur. Üçüncü olaraq sağlamlığa nəzarət etmək lazımdır. Bunun üçün isə qan təzyiqi 130/80 mm civə sütunundan aşağı (65 yaşdan sonra), nəbz isə dəqiqədə 55-80 aralığında saxlanılmalıdır.
Növbəti tövsiyə isə zərərli vərdişlərdən imtina etməkdir. Siqaret, həddindən artıq qidalanma və spirtli içki istifadəsi aradan qaldırılmalıdır. Mütəxəssis son olaraq, qan analizlərinə nəzarət etməyin vacibliyini vurğulayıb. "Qlikozilləşdirilmiş hemoqlobin (norma 5,7 faizə qədər), ümumi xolesterol (5,2 mmol/L-ə qədər) və aşağı sıxlıqlı lipoprotein (3 mmol/L-ə qədər) göstəriciləri mütəmadi yoxlanılmalıdır", - deyə o qeyd edib.
Bununla yanaşı, terapevt Dmitri Demidik saunadan sonra qəfil soyuq duş qəbul etməyin təhlükəli ola biləcəyini bildirib. Onun sözlərinə görə, saunada damarlar genişlənir, təzyiq azalır, ürək döyüntüsü sürətlənir və susuzlaşma baş verir. Qəfil soyuq mühitə keçid isə xüsusilə xroniki xəstəlikləri olan şəxslərdə işemiya və infarkt riskini artıra bilər.
Digər tərəfdən, alimlər qrip peyvəndi ilə infarkt riskinin azalması arasında əlaqə müəyyən ediblər. Araşdırmalar göstərib ki, 23,5 milyon insanı əhatə edən 15 tədqiqatın nəticələrinə əsasən, qrip peyvəndi miokard infarktı riskini 18 faiz azaldır.
Roza
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi









.jpg)
















.jpg)









.jpg)