Sağlamlıq
Təravətli qoxu üçün nə yemək lazımdır?
Bəzi qidalar bədənimizə xoş qoxu verə bilər.
Publika.az "Mk.ru"ya istinadən xəbər verir ki, bunu diyetoloq Tatyana Popova bildirib.
O, bədən qoxusunu qida ilə necə yaxşılaşdırmağın sirlərini bölüşüb.
"Yemək yediyimiz zaman müxtəlif mikroelementlər və amin turşuları qan dövranına daxil olur, tər, piy və nəfəs vasitəsilə xaric olur. Daha sonra dəri və bağırsaq mikrobiomu qida qalıqlarını qoxulu molekullara çevirir. Bu metabolik vəziyyətlər spesifik qoxular yaradır", - deyə ekspert izah edib.
Onun sözlərinə görə, bütün qidalar bədən qoxusuna eyni dərəcədə təsir etmir. Sarımsaq və soğan, tünd iylərinə baxmayaraq, təkcə nəfəsinizin deyil, həm də dərinizin qoxusunu dəyişdirə bilər. Xoş qoxu üçün pəhrizinizi balanslaşdırmalı, qırmızı ət qəbulunu azaltmalı, balıq yeməli, daha çox tərəvəz əlavə etməli və kifayət qədər su içməlisiniz.
Mütəxəssisin fikrincə, sitrus meyvələri, nanə, rozmarin, reyhan və yaşıl çay bədəninizə yüngül və xoş ətir verəcək. Qoxunuzu daha dərin səviyyədə yaxşılaşdırmaq üçün pəhrizinizə probiotiklər, omeqa-3 ilə zəngin balıq və yarpaqlı göyərtilər daxil edin.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































