Sağlamlıq
Bu qidalar döş xərçəngi riskini azaldır
Sitrus meyvələrindəki C vitamini, qoz-fındıqdakı maqnezium, yarpaqlı göyərtilərdəki B2 vitamini və yaşıl tərəvəzlərdəki kalsium döş xərçəngi riskini azalda və xəstəliyin diaqnozundan sonra sağ qalma müddətini uzada bilər.
Publika.az xəbər verir ki, bu barədə Çin alimlərinin tədqiqatları “Frontiers in Nutrition” jurnalında dərc olunub.
Nəticələr göstərir ki, sağlam bitki əsaslı pəhrizə ən çox riayət edən qadınlarda döş xərçənginə tutulma riski, ən az riayət edənlərlə müqayisədə 11% aşağıdır. Artıq xəstəlik diaqnozu qoyulmuş qadınlar arasında yüksək Sağlam Bitki Əsaslı Pəhriz İndeksi (HPDI) balı ümumi ölüm riskinin 28% azalması ilə əlaqələndirilib.
Mikroelementlərin ayrıca təhlili də göstərib ki, kalsium, maqnezium, mis və C vitamininin daha yüksək qəbulu xəstəliyin inkişaf riskini azaldır. Artıq xərçəng diaqnozu qoyulmuş qadınlar arasında kalsium, maqnezium, fosfor və B2 vitamini (riboflavin) səviyyəsinin yüksək olması ölüm riskini azaldır. Əksinə, yüksək natrium (xörək duzu) qəbulu ölüm nisbətinin 15% artması ilə əlaqələndirilib.
Tədqiqat müəllifləri qeyd ediblər ki, bu müşahidə xarakterli araşdırmadır və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Buna baxmayaraq, nəticələr göstərir ki, qidalanma döş xərçəngində risk və proqnoz amili kimi dəyişdirilə bilən əhəmiyyətli faktor ola bilər.
Adəm
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































