Sağlamlıq
Bu meyvə xərçəng hüceyrələrini məhv edir
Nar yemək bədənin xərçəngə qarşı müdafiəsini gücləndirir.
Publika.az Medicina.az-a istinadən xəbər verir ki, toksikoloq, professor, Avropa Təbiət Elmləri Akademiyasının (Hannover, Almaniya) akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Mixail Kutuşov təzə nar və şirəsinin iltihabla effektiv mübarizə aparan zəngin antioksidant mənbələri olduğunu bildirib. Bədəndəki iltihabi proseslər hüceyrələrin təhlükəli transformasiyasına təsir göstərir ki, bu da təbii ölümdən sonra onların aradan qaldırılmasını pozur və anormal yığılmaya səbəb olur ki, bu da bədxassəli şiş əmələ gətirir.
"Narın tərkibindəki maddələr xərçəng hüceyrələrinin çoxalmasını yavaşlatır və bəzi hallarda hətta onların ölümünə səbəb olur", - deyə professor qeyd edib.
Həkim izah edib ki, narda olan birləşmələr mədə və ağızda iltihabi proseslərlə mübarizə aparır. Onlar həmçinin oynaq iltihabını azaltmaqda təsirlidir və bu baxımdan artritin alovlanmasının qarşısını almaq üçün faydalıdır.
Narın digər faydaları: beyin funksiyasına, yaddaşa müsbət təsir göstərir və qan damarlarını gücləndirir. Nar döş xərçənginin qarşısını ala bilər.
Həkim bildirib ki, iki həftə ərzində gündə bir stəkan nar suyu içmək xolesterolu azaltmağa kömək edəcək.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































