Sağlamlıq
Bunlardan müntəzəm istifadə xərçəng riski yaradır
Fransada aparılan iki genişmiqyaslı elmi tədqiqat göstərib ki, qidanı daha uzun müddət təzə saxlamaq üçün istifadə edilən bəzi konservantlar xərçəng və 2-ci tip diabet riskini artıra bilər.
Publika.az xəbər verir ki, tədqiqat çərçivəsində 170 mindən çox insanın məlumatlarını qiymətləndirən alimlər bu konservantların, xüsusən də prostat və döş xərçəngi ilə mümkün əlaqələrinə diqqət çəkiblər.
Tədqiqatın nəticələrinə görə, bekon, sosiska və kolbasa kimi emal olunmuş ət məhsullarında olan natrium nitrit maddəsi prostat xərçəngi riskini 32 faiz artırır. Həmçinin kalium nitrat maddəsi isə döş xərçəngi riskini 22 faiz, ümumi xərçəng riskini isə 13 faiz artırır.
Şərab, pendir və müxtəlif souslarda istifadə edilən sorbatların da döş xərçəngi riskini 26 faiz artırdığı müəyyən edilib. Sirkənin əsas komponenti olan sirkə turşusu və fermentləşdirilmiş məhsullarda olan asetatların ümumi xərçəng riskini 12-15 faiz artırdığı müşahidə olunub.
Roza
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































