Sağlamlıq
Bu xəstəliyin əlamətləri saçlarda üzə çıxa bilər
Parkinson xəstəliyinin əlamətləri saçlarda gizlənə bilər.
Publika.az xəbər verir ki, bu barədə tədqiqat “iScience” jurnalında dərc edilib.
Belə ki, çinli tədqiqatçılar bu nəticəyə xəstəlik diaqnozu qoyulmuş 60 xəstənin saç nümunələrini təhlil edib, onları eyni yaşda olan sağlam fərdlərin nümunələri ilə müqayisə etdikdən sonra gəliblər.
Parkinson xəstəliyi olan xəstələrin saçlarında dəmir və misin daha aşağı səviyyədə olması, manqan və arsenin yüksək konsentrasiyaları ilə yanaşı aşkar edilib.
Müəlliflər hesab edirlər ki, bu göstərici diaqnostik potensiala malikdir. Çünki saç qan və ya tüpürcəkdən fərqli olaraq bədəndəki uzunmüddətli dəyişiklikləri əks etdirə bilir.
Vurğulayırlar ki, tədqiqat hələ ilkin mərhələdədir və daha böyük nümunələrdə təsdiq tələb edir. Nəticələr təsdiqlənərsə, gələcəkdə Parkinson xəstəliyinin erkən aşkarlanması üçün yalnız saç tellərinin təhlili kifayət edəcək. (Qafqazinfo)
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq

































