İnfarktın əlamətləri
Bizi izləyin

Sağlamlıq

İnfarktın əlamətləri

Dünyada hər gün onlarla insan infarkt səbəbilə dünyasını dəyişir. İnfarktın ölümlə nəticələnməsinin əsas səbəblərindən biri isə risk qrupunda olanların bu problemin əlamətlərindən xəbərsiz olmalarıdır.

Mütəxəssislər infarkta qarşı tədbir görmək üçün bəzi məlumatları yadda saxlamağı tövsiyə edirlər.

Unutmayın ki, əlamətlərə diqqət etməklə infarktın qarşısını almaq, beləliklə də, vaxtında müdaxilə nəticəsində ölüm ehtimalını azaltmaq mümkündür.

İnfarktdan şübhələnərək vaxtında həkimə müraciət edən xəstələr qısa zamanda normal həyatlarına davam edə bilirlər.

Bir sözlə, erkən diaqnoz həyat qurtarır.

Publika.az aşağıdakı əlamətləri müşahidə etdikdə problemi ciddi qəbul etməyinizi məsləhət görür:

Baş hərlənməsi, nəfəs ala bilməmək, gücsüzlük, ürək nahiyəsində və sol qolda baş verən ağrılar, öskürək, yorğunluq, həddən artıq tərləmək, iştahsızlıq, ürəyin sürətlə döyünməsi və ya döyüntülərin nizamsız olması, ürəkbulanma – bütün bunlar xəstənin infakt keçirəcəyinə dəlalət edə bilər.

Xüsusilə də, sinə bölgəsində hiss edilən kəskin ağrılar infakta işarə edir. Bəzən ağrı və sancı kürək və çənədə də hiss edilir. Ağrı uzun müddət davam edirsə, həkimə müraciət etməlisiniz.

İtirdiyiniz hər dəqiqə sizi ölümə biraz daha yaxınlaşdıra bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm