Sağlamlıq
1 həftədə 2 kiloqram arıqladan pəhriz - FOTOLAR
Bu pəhrizi saxlayanlar həftə içi ciddi rejimə girir, həftə sonu isə sərbəst qidalanırlar. Pəhrizin əsas məqsədi və hədəf nöqtəsi əslində çəki itirməyi davamlılıq halına gətirməkdir. Pəhrizin sərbəst olması isə onun əsas özəlliyidir. Pəhrizin 10 fərqli təklifindən istədiyinizi seçərək özünüzü çətinə salmadan arıqlamaq prosesini davamlı hala gətirə bilərsiniz.
Publika.az-ın sağlamlıq bölməsi həftədə 2 kq. arıqladan pəhriz reseptini təqdim edir:
Səhər yeməyi
1-ci təklif: 1 stəkan süd, 1 stəkan meyvə suyu, 1 ədəd orta banan.
2-ci təklif: 1 kasa südlü qarğıdalı, 1 kiçik dilim pendir, 1 ədəd alma.
3-cü təklif: 1 ədəd yaxşı bişmiş yumurta, 1 dilim mürəbbəli tost çörək, 1 kasa meyvəli qatıq.
4-cü təklif: Yarım təzə qreypfrut, 1 çay qaşığı bal, 1 dilim tost çörək, 1 kibrit qutusu böyüklüyündə ağ pendir.
5-ci təklif: 1 dilim kəpəkli çörək, 1 çay qaşığı kərə yağı, 1 çay qaşığı marmelad, 1 stəkan alma suyu və ya portağal suyu.
6-cı təklif: 1 stəkan yağsız süd və 2 çay qaşığı kakao ilə hazırlanmış isti kakaolu süd, 2 pəhriz peçenyesi və iki çay qaşığı krem pendir.
7-ci təklif: 1 ədəd alma, 1 dilim kəpəkli çörək, 1 ədəd krem pendir, 1 stəkan portağal suyu.
8-ci təklif: 1 ədəd yağsız qayğanaq, 1 kibrit qutusu böyüklüyündə ağ pendir, 1 dilim çovdar çörəyi.
9-cu təklif: 1 stəkan yağsız süd, 1 kasa yulaf əzməsi, 1 ədəd alma.
10-cu təklif: 1 stəkan meyvə suyu, 5 ədəd pəhriz peçenyesi, 1 kiçik dilim pendir.
Günorta yeməyi
1-ci təklif: 1 pomidor, 50 qram qızılbalıq, 1 çay qaşığı mayonez, 1 qaşıq pörtmüş qarğıdalı, 1 xiyar, 1 qaşıq zeytun yağı və limonla hazırlanmış salat. Ardından 1 orta boy banan.
2-ci təklif: 2 dilim nazik doğranmış çörək, 2 çay qaşığı kərə yağı, 2 dilim pendirlə hazırlanmış sendviçin yanında 1 stəkan portağal və ya alma suyu.
3-cü təklif: 1 kasa pomidor və ya qarışıq tərəvəz şorbası, üzərinə krem pendir, 1 dilim suxarı çörəyi, 1 porsiya meyvə.
4-cü təklif: 1 ədəd yaxşı bişmiş yumurta, 1 boşqab yağsız yaşıl salat, 50 qram pörtmüş toyuq əti, 1 ədəd portağal.
5-ci təklif: 1 kasa dovğa, 2 ədəd qızardılmış kotlet, 1 boşqab xiyar və pomidor salatı.
6-cı təklif: Balıq şnisel (2 orta böyüklükdə balıq ətini qalet ununa batıraraq az yağda qızardın), 1 boşqab mövsüm salatı, 1 porsiya meyvə.
7-ci məsləhət: 80 qram toyuq əti, 30 qram kərəviz, kahı və bir xörək qaşığı zeytun yağı ilə hazırlanmış toyuq salatı, 1 dilim çörək, 1 ədəd armud.
8-ci təklif: 1 boşqab pomidorlu spaqetti (30 qram spaqettini suda pörtün, digər tərəfdə bir soğanı yağda qovurun və üzərinə doğranmış pomidoru əlavə edib sos halına gətirin, makaronun üzərinə tökün) 1 stəkan ayran.
9-cu təklif: Qızardılmış 60 qram kotlet (mal əti ilə), 1 boşqab doğranmış pomidor və xiyar, 1 ədəd alma.
10-cu təklif: 1 kasa pomidor şorbası, 1 boşqab kələm salatı (50 qram turp, 140 qram qırmızı kələm, kahı və 1 xörək qaşığı zeytun yağı ilə hazırlayın) 1 dilim kəpək çörəyi.
Axşam yeməyi
1-ci təklif: 1 kasa mərci şorbası, 100 qram pörtmüş toyuq, 1 boşqab pörtülmüş tərəvəz, bir kasa vanilli dondurma.
2-ci təklif: 3 ədəd sobada az qızarmış kolbasa, yanında 1 pörtmüş kartof, yaşıl soğan və cəfəri ilə hazırlanmış zeytun salatı,1 qab meyvəli qatıq.
3-cü təklif: 1 kasa pomidor şorbası, 3 ədəd ətli balqabaq dolması, 1 boşqab meyvə salatı.
4-cü təklif: 1 boşqab yağsız makaron, 2 ədəd qızardılmış balıq, 1 kasa meyvəli dondurma.
5-ci təklif: 2 yumurta, 100 qr. pörtmüş göbələk, bir az pendir, cəfəri və marqarinlə hazırlanmış göbələkli omlet, 1 stəkan ayran, 1 ədəd alma.
6-cı təklif: 1 kasa tərəvəz şorbası, 3 küftə, 1 boşqab yerkökü salatı, 1 ədəd portağal.
7-ci təklif: 1 boşqab pomidorlu yumurta (2 kiçik pomidor, 1 ədəd yumurta, 1 ədəd yaşıl bibər və 1 çimdik istiot ilə hazırlayın), 1 dilim qızarmış çörək, 1 kasa qatıq.
8-ci təklif: 80 qram pörtmüş qızılbalıq, yanında 1 boşqab rəndələnmiş yerkökü və 1 ədəd orta boy pörtmüş kartof.
9-cu təklif: 1 boşqab qızılbalıqlı makaron (1 boşqab pörtmüş makaronun üzərinə 20 qram təzə qızılbalığı, 1 ədəd pomidor və bir ovuc cəfəri doğrayın) 1 ədəd banan.
10-cu təklif: 1 boşqab pendirli kartof salatı (100 qram pörtmüş kartof, 1 diş sarmısaq, 10 qram krem pendiri, cəfəri və 1 xörək qaşığı zeytun yağı ilə hazırlayın) 1 ədəd portağal.
QEYD: Fikir verdinizsə, bu pəhrizin əsas xüsusiyyəti reseptlərdə demək olar ki, şirniyyatlardan və undan hazırlanmış xörəklərin olmamasıdır. Şirniyyat əvəzinə dondurma, yoqurt və pəhriz peçenyesi təklif olunur. Bir həftəyə 2 kq. arıqlamaq istəyirsinizsə, bu qaydalardan kənara çıxmamağa çalışın. Həftə sonları çox ağır yeməklərə yer verməyin. Meyvəni isə yeməkdən 1 saat sonra, ya da əvvəl yeməyə çalışın. Çəkinizdən asılı olaraq hər gün 2 litr su için.
Əgər qanazlığından əziyyət çəkirsinizsə, yaxud hər hansı ciddi xəstəliyiniz varsa, həkimlə məsləhətləşmədən bu pəhrizə əməl etməyin.
AYTƏN
-
Nəqliyyat09:37
Sürücülərə xəbərdarlıq: bayram günlərində...
-
Ekopublika.az08:40
Bayram tətili günlərində bölgələrdə QİYMƏTLƏR hansı aralıqdadır? - VİDEO
-
Avto07:15
Bu avtomobil şirkəti 4500 işçisini ixtisar edəcək
-
İdman06:46
"Qan qusdum" - Taysondan səhhətilə bağlı şok etiraf
-
İdman02:42
Super ulduzun arvadı Ançelottini biabır etdi - FOTO
-
Hadisə01:30
Daha bir acı xəbər gəldi: bu dəfə 14 yaşlı yeniyetmə...
-
Sosial00:50
Toya hazırlaşanlara məyusedici xəbər - Qiymətlər bahalaşacaq
-
Hadisə8 Noyabr 23:55
Hərbi hissə yaxınlığında YANĞIN baş verdi