Beyin üçün çörəyin əvəzsiz rolu
Bizi izləyin

Sağlamlıq

Beyin üçün çörəyin əvəzsiz rolu

Kökəlmək istəməyənlərin çoxu çörəyi menyusundan çıxarırlar. Ancaq mütəxəsislər bildirir ki, bu çox yanlış addımdır. Çörəkdən imtina etmək orqanizmdə bir çox fəsadlara səbəb ola bilər. Üstəlik, çörək beyin üçün əvəzsiz qidadır.

Diyetoloqlar bildirirlər ki, çörək elə də kalorili qida deyil. 1 dilim çörək cəmi 70 kaloridir. Yəni, insanı çörək deyil, çörəklə birlikdə yeyilən yüksək kalorili qidalar kökəldir.

Üstəlik, araşdırmalar da bu faktı təsdiq edib. Belə ki, insanların 80 faizinin gün ərzində aldıqları kalorinin 34 -35 faizini yağlar təşkil edir.

Əslində isə, gündəlik 1500 kalorinin yalnız 25-30 faizini yağdan götürməyə icazə verilir.

Şərq ölkələrinin bir çoxunda çörəyi yağın, salatın və yeməyin suyuna batırmaq adəti var. Hətta plovla, makaronla çörək yeyənlər də olur.

Əslində, çörəyi karbohidrat ehtiva edən qidalarla yemək olmaz. Çünki çörək özü də karbonhidrat anbarıdır.

Bir sözlə, hərdən çörək yemək lazımdır, ondan tam imtina doğru deyil.

Unutmaq olmaz ki, gün ərzində bədənin ən çox karbonhidratlara ehtiyacı olur. Bütün orqanlar karbohidrat sayəsində özünü enerjiylə təmin edir.

Daha çox beynin karbohidrata ehtiyacı olduğunu, beyin toxumalarının enerji üçün yalnız karbonhidratlardan istifadə etdiyini nəzərə alaraq normal beyin fəaliyyəti üçün gündə ən az 100-125 qram karbohidrat qəbul etmək lazımdır.

Beyin lazımlı enerjini təmin edə bilmədikdə erkən yaşlanır və zehni yorğunluq müşahidə edilir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm