Sağlamlıq
Ağız qoxusuna qarşı ən yaxşı təbii vasitə
İnsanlarla ünsiyyət qurmağa mane olan ağız qoxusunu aradan qaldırmaq, əslində, düşündüyünüz qədər çətin deyil. Publika.az-ın sağlamlıq bölməsi ağız qoxusuna qarşı çox sadə həll variantı təqdim edir:
Ağız qoxusu həm dildəki bakteriyalardan, həm də mədədə olan problemlərdən qaynaqlana bilər. Bir çox xəstəliyin əlaməti olan bu problemə qarşı ən təsirli yollardan biri də qatıqdır. Nə qədər qəribə görünsə də, qatıq ağız qoxusunu yox etməkdə çox effektlidir.
Qatığın içində olan prebiyotik maddələr ağız qoxusuna neytrallaşdırıcı təsir göstərir və qoxuya səbəb olan bakteriyaları məhv edir.
Qatıq, xüsusilə, turşu maddələrinin səbəb olduğu ağız qoxusuna qarşı çox təsirlidir. Qatıq mütəmadi olaraq istehlak edildikdə bu problemi birdəfəlik aradan qaldırmaq olur.
Unudulmamalıdır ki, diş əti xəstəlikləri, qaraciyər və ya ağciyər problemlərindən qaynaqlanan ağız qoxusunu aradan qaldırmaq çətin məsələdir. Bu xəstəliklər müalicə olunmasa, qatığın və təklif olunan digər vasitələrin ağız qoxusuna qarşı heç bir təsiri olmayacaq. Bu səbəbdən ağız qoxusu keçməsə, mütləq həkimə müraciət etməyiniz məsləhət görülür.
Aytən
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI