Xrom arıqlamağa kömək edir?
Bizi izləyin

Sağlamlıq

Xrom arıqlamağa kömək edir?

Xrom, xüsusilə, şəkər xəstələri və kök insanlar üçün böyük əhəmiyyət kəsb edir. Bəs, xrom nəyə faydalıdır? Hansı qidalar xrom ehtiva edir.

Publika.az bu suallara cavab axtarıb:

Xrom bədən üçün lazımlı olan insulin hormonunu tənzimləyən, karbohidrat, zülal, yağların orqanizm tərəfindən xərclənməsinə kömək edən və maddələr mübadiləsini sürətləndirən elementdir.

Xrom nəyə faydalıdır?

Xrom qan şəkərinin səviyyəsini nizamlayır. Ona görə də şəkər xəstələri üçün çox əhəmiyyətlidir.

Xrom qandakı xolesterin və qlükozanın səviyyəsini balanslaşdırır.

Pəhriz saxlayanlar orqanizmin gündəlik xrom ehtiyacını mütləq ödəməlidirlər.

Nə qədər xroma ehtiyacımız var?

Bəs, bu norma nə qədərdir?

Yetkin insanlar gün ərzində 20-30 mikroqram xrom qəbul etməlidirlər. Bu nisbət əmizdirən qadınlarda biraz artır. Onu da vurğulayaq ki, gündə 1000 mikroqramdan çox xrom qəbul etmək təhlükəlidir. Çünki zəhərlənməyə səbəb ola bilər.

Xrom hansı qidalarda olur?

Aşağıdakı qidalar xromla zəngindir:

Midye

Qaraciyər

Brokkoli

Paxla

Kartof

Taxıl

Qravyer pendiri

Quru xurma

Ərik

Göbələk

Qulançar

Ət

Yumurtanın ağı

Alma

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm