Sağlamlıq
Solyaridən xərçəngə tutuldu - FOTOLAR
Dəri xərçəngindən əziyyət çəkən 27 yaşlı Toni Uilloubi cəsarətli addım atıb: qız xərçəng xəstləliyinin onun simasında yaratdığı yaraları internetdə yayımlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Toni Uilloubi xərçəngin məhv etdiyi simasını internetdə yaymaqla insanları solyarinin təsirindən agah etmək istəyir.
O deyib: “Əgər kimsə solyariyə getmək isətəsə mənim fotoma baxsın. Xərçəng müalicəsi bax belə görünür!”.
Toni ABŞ-ın Kentukki ştatında böyüyüb və yeniyetməlik illərində həftədə 4-5 dəfə solyariyə gedib. Onun hətta evində də şəxsi solyari aparatı olub. Beləcə qız solarinin təhlükəsindən şübhələnməyərək saatlarla orada vaxt keçirib.
Lakin 6 il bundan qabaq Tonin rəfiqəsində xərçəng aşkar edildikdən sonra, özü də müayinə üçün həkim yanına gedib.
Ona xərçəng diaqnozu qoyulanda Toninin 21 yaşı vardı. Xərçəng şişini məhv etmək üçün o, hər 6-12 aydan bir həkim yanına getməli olur. O, müalicə kimi şişi dondurmaq üçün maye azot da qəbul edir.
Toni deyib: “Həmişə günəş əleyhinə krem istifadə edin. Sizin yalnız bir dəriniz var və siz onun qeydinə qalmalısınız”.
Toni dəridə yaranan hər bir qüsura görə həkimə müraciət etməyi məsləhət görür. Çünki dəri xərçəngi olan melanoma insanı öldürdüyü halda, başqa dəri xərçəngləri insanın xarici görkəmini eybəcərləşdirirək tədricən öldürür.
Nura
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi